Anar Kərimov Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri ilə görüşüb


Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya səfəri davam edir.

Sumqayit.tv xəbər verir ki, bSəfər çərçivəsində Anar Kərimov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radmanla görüşüb. Görüşdə, həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak ediblər.
Dəvət üçün nazir Qordan Qrliç Radmana təşəkkürünü bildirən Anar Kərimov ikitətərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Tərəflər energetika və İT sahəsində əməkdaşlığın genişləndirilməsinə dair həyata keçiriləcək bir sıra layihələrdən də söz açıblar. Turizm, mədəniyyət, gənclər və idman eləcə də  digər sahələr üzrə birgə həyata keçiriləcək tərəfdaşlığın istiqamətlərindən danışıblar. 
Həmçinin Azərbaycanla Xorvatiya əməkdaşlıq perspektivlərinə və Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Xorvatiyanın dəstəyindən söz açan Anar Kərimov bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını bildirib. O cümlədən strateji əməkdaşlıq mövzusunda müzakirə baş tutub.
Anar Kərimov həmkarını "Mədəniyyət naminə sülh" ("Peace4Culture") qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağa dəvət edib. 
Görüş hər iki tərəfi maraqlandıran digər mühüm mövzuların da müzakirəsi ilə davam edib.

28-10-2021, 10:46 398

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086