Tərtərdə Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə görüş







Noyabrın 3-də Tərtər rayonuna mediatur çərçivəsində rayon üzrə 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri ilə görüş keçirilib. 
 
Sumqayit.tv xəbər verir ki, Görüşdə təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, Tərtər Rayon Təhsil Şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon üzrə Vətən müharibəsində iştirak edən 8 təhsil işçisi, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
 
Görüşün məqsədi Zəfər Günü ilə bağlı müharibədə iştirak edən təhsil işçilərinə diqqət, təhsil işçilərinin Zəfərin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması olub.
 
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Görüşdə iştirak edən təhsil nazirinin müşaviri Elnur Əliyev Zəfərin qazanılmasında Vətən müharibəsi iştirakçısı olan təhsil işçilərinin də rolunu vurğulayıb. Nazir müşaviri döyüşən təhsil işçilərinin təhsilalanların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rolundan danışıb, onların gənc nəsilə nümunə olduqlarını diqqətə çatdırıb.
 
Çıxış edən digər görüş iştirakçıları da təhsil işçilərinə şanlı qələbənin qazanılmasında payı olduqlarına görə təşəkkür edib, onlara xüsusi diqqət və qayğını ifadə ediblər.
 
Daha sonra döyüşdə iştirak edən təhsil işçilərindən fiziki-tərbiyə müəllimi Kamil Şirinov, musiqi müəllimi Saleh Əsgərov və digərləri çıxış edərək keçdikləri döyüş yolu ilə bağlı öz hekayələrini bölüşüb, eləcə də təhsilə verə biləcəkləri töhfədən danışıblar.















3-11-2021, 17:50 227

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086