Bolqarıstanın hərbi kadrları Azərbaycana gəlib - VİDEO




Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Sumqayit.tv xəbər verir ki, Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu vurğulayan general-leytenant  Heydər Piriyev ölkəmizdə müasir ordu quruculuğu və hərbi qulluqçuların peşakarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işlər barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə hərbi təhsil sistemi müasir dünya praktikası və Vətən müharibəsində qazanılan təcrübələr də nəzərə alınmaqla həyata keçirilir. 
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor Q.Angelov qeyd edib ki, peşəkar zabit kadrlarının hazırlanması Bolqarıstan Silahlı Qüvvələrində də prioritet sahələrdəndir.  
Görüşdə tərəflər təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. 
Daha sonra hər iki ölkənin hərbi təhsil sistemləri, eləcə də Hərbi Akademiyanın tarixi və fəaliyyəti  barədə brifinqlər təqdim edilib. Bolqarıstanın nümayəndə heyəti burada keçirilən dərs prosesinin gedişatı ilə tanış olub.
Sonda qonaqların Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.



18-01-2022, 10:59 179

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086