Trampın ailə şirkətinə və baş maliyyəçisinə ittiham irəli sürüldü

ABŞ-da keçmiş prezident Donald Trampa dair iki ildir ki, davam edən araşdırmanın ardınca “The Trump Organization” şirkətinə və onun baş maliyyəçisinə qarşı “geniş və açıq-aşkar” vergi dələduzluğu sxemi ilə bağlı ittiham irəli sürülüb.
Nyu York prokurorlarının iyulun 1-də açıqladıqları ittihamnaməyə görə baş maliyyəçi Allen Veyselberq və “The Trump Organization” 2005-ci ildən indiyədək şirkətin vəzifəli işçilərinə hesabatsız maaşlar verməklə dövlətə və şəhərə vergi ödənişində xüsusilə böyük məbləğdə fırıldaq gəliblər.

Veyselberqin özü ev kirayəsi, təhsil haqları, habelə lisenziya ödənişləri də daxil qeyri-pul bonuslarına görə 1.7 milyon dollar məbləğində vergidən yayınıb.Həm Veyselberq, həm də “Trump Organization” şirkətinin vəkilləri məhkəmə qarşısında təqsirsiz olduqlarını bəyan ediblər. Bu ittihamnamə Manhettan sahə prokurorluğunun “Trump Organization” şirkətində dələduzluq iddiaları ilə bağlı iki ildir ki, apardığı təhqiqatın yekunu olub.
Keçmiş prezident və onun ailə üzvlərinə qarşı bu mərhələdə heç bir ittiham irəli sürülməyib. “Trump Organization” şirkəti təqsirli bilinərsə, başqa cəza və cərimələrlə də üzləşə bilər. Digər tərəfdən bu ittihamlardan Veyselberqin istintaqla əməkdaşlığa cəlb olunması üçün ona təzyiq göstərilməsi aləti kimi istifadə edilə bilər.

“Trump Organization” şirkətinin bəyanatında deyilir ki, baş maliyyəçidən keçmiş prezidentin özünə çıxmaq üçün “qarmaq” kimi istifadə etmək istəyirlər. Bəyanatda “bu, ədalət yox, siyasətdir” deyilir. Davam edən istintaqın xətlərindən biri də Tramp şirkətinin daha az vergi ödəmək və daha sərfəli kreditlər almaq məqsədilə daşınmaz əmlakının dəyərini manipulyasiya edib-etməməsini üzə çıxarmalıdır. Həmin təhqiqat Trampın prezident seçilməsindən əvvəlki dövrü əhatə edir. Təhqiqat habelə Trampın 8 illik vergi ödənişlərini araşdırmalıdır.
“The Trump Organization” şirkəti ailə holdinqi kimi özünün qolf klublarına, otellərinə və lüks mülklərinə malikdir. Tramp 2017-ci ildə prezidentliyə başlayarkən öz biznesini iki oğlunun və Veyselberqin nəzarətinə verib.
Virtualaz.org

2-07-2021, 10:52 272

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086