Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” konfransı keçirilir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans başlayıb.

Tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və  Qırğızıstandan sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəsmiləri, diplomatik korpus nümayəndələri, millət vəkilləri iştirak edir. 
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.
Tədbir Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə videoçarxın nümayişi ilə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirildiyini, bu paketlər üçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olduğunu bildirib.
S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3 dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin  70%, ümumi sosial xərclərin 2,5 mlrd. manat artdığını diqqətə çatdırıb. 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.
Bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib. Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib.
S.Babayev Nazirlik tərəfindən 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımı verildiyini deyib. Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləğinin son 4 ildə 2,5 dəfə artaraq 380 manata çatdığını qeyd edib.
Nazir COVID-19 pandemiyası dövründə 4 istiqamət üzrə 12 sahə üzrə icra olunan sosial dəstək paketinin  ölkə əhalisinin 48 faizini və ya 4,8 milyon nəfəri əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa edib. Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib.
S.Babayev DOST konsepsiyası və onun sosial xidmətlərdə vətəndaş məmnunluğuna nail olunmasına şərait yaratdığı barədə məlumat verib. Həmçinin Nazirliyin 174 xidmətindən 110-nun rəqəmsallaşdırıldığını, 46-sının hazırda proaktiv qaydada həyata keçirildiyini, bu ilin sonuna kimi daha 50 xidmətin elektronlaşdırılacağını, Nazirlik üzrə xidmətlərin 90%-nin e-platformaya keçirilməsinin hədəf olduğunu vurğulayıb.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri Almas Kurmanova videomüraciətində və Assosiasiyanın direktoru Yevgeni Ametov çıxışında, həmçinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının Baş katibi Marselo Abi-Ramia Cayetano videoformatda salamlama nitqində sosial sahədə qarşıya çıxan yeni çağırışlara uyğun sosial təminat islahatlarının zəruruliyini və bu sahədə ölkələr arasında qarşılıqlı faydalı əmıəkdaşlığın vacibliyini vurğulayiblar. Hazırkı konfransın da bu baxımdan əhəmiyyətini qeyd ediblər.
Sonra DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov son illərdə Azərbaycanda sosial müdafiə proqramları, sosial təminat sahəsində aparılan islahatlara dair təqdimat edib. O, həmçinin sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdılması istiqamətində əldə olunan nailiyyətlər, bu sahələrdə yaradılmış proaktiv xidmətlər, Azərbaycanın sosial təminat sisteminin prioritet hədəfləri barədə məlumat verib.
Konfransın gündəliyində Qazaxıstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistandan olan nümayəndələrin ölkələrində sosial təminat, həmçinin sosial sığorta və pensiya təminatı sahələrində aparılan islahatlara dair təqdimatları, müzakirələr və təcrübə mübadilələri, habelə konfrans iştirakçılarına Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanlarının təqdim edilməsi də nəzərdə tutulub.

23-02-2022, 17:25 146

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903