Oleq Kuznetsov: Fakt qarşısında qalan Moskvadan artıq Cənubi Qafqazda artıq nəyi və necə etmək barədə soruşulmur

“Anklav”dakı ermənilər üçün “qılınclarını boyunlarından asmaq” zamanı çatıb; rusiyalı politoloq: “Ermənistan gec-tez Azərbaycan tərəfindən ”udulacaq”, Moskva buna əngəl ola bilməyəcək...”

Ötən həftəsonu Azərbaycan Qarabağ trekində daha bir diplomatik uğura imza atdı. Rəsmi Bakı məhkəmə hökmü ilə təzəcə azmüddətli cəzalara məhkum edilmiş 15 erməni diversantı qarşı tərəfə təslim eləməyin qarşılığında İrəvandan Füzuli və Zəngilan rayonlarının mina xəritələrini aldı.
Bu, həm də siyasi praqmatizmin təntənəsi idi. Məsələ ondadır ki, 5-6 erməni diversantını həbsxanalarımızda çürütməklə dövlət və millət olaraq heç nə qazanmırdıq. Üstəlik, diversantlar lazımi dərsi və cəzalarını artıq alıblar və öz ölkələrinə qayıdandan sonra çətin ki, bir də eyni qələti eləsinlər, Azərbaycan tərəfə baxsınlar. Amma onların təhvil verilməsinin əvəzində əldə elədiyimiz xəritələr sayəsində işğaldan azad edilən ərazilərin bərpası, ora böyük qayıdış prosesi birə-üç sürətlənəcək. Üstümüzə haqq-nahaq yağdırılan beynəlxalq qınaqlardan qurtuluş da öz yerində...
*****
Ən mühümü odur ki, biz minlərlə mülki vətəndaşımızın, uşaqlarımızın, mina təmizləyən əməkdaşın həyatını xilas eləmiş olduq. Strateji planda isə işğaldan azad edilən bölgənin tam məskunlaşması, maksimum qısa müddətdə iqtisadi bərpası və inkişafı Xankəndi də daxil, Qarabağ coğrafiyasının Azərbaycana tam inteqrasiyasına gətirəcək ki, bu da “miatsium” ideyasının həmişəlik basdırlması, bölgədə müharibə riskinin aradan qalxması demək olacaq.
Onu da unutmaq olmaz ki, ərazilərin minalardan sürətli təmizlənməsi xarici sərmayələri də bölgəyə daha tez cəlb edilməsinə imkan yaradacaq. Odur ki, bu, son deyil. Bakıda yenə erməni diversantları saxlanılır.
Qrupların biri 9, digəri isə 15 diversantdan ibarət olub - Bugünkü erməni  təxribatının TƏFƏRRÜATI | Hokm.Az
İkinci yandan, diversantlar İrəvana verildi-verilmədi, beynəlxalq humanitar hüquq tələb edir ki, Ermənistan bu xəritələri Azərbaycana qeyd-şərtsiz təqdim eləsin. Bu, onun borcudur. Hansı xəritələri ki, daha gizlətmək də mümkün deyil. Ağdamın, Füzulinin, Zəngilanın mina xəritələri varsa, yüzdə yüz Qubadlının, Cəbrayılın, Laçının, Kəlbəcərin də var.
Qalır indi onları kimin vasitəçiliyi ilə əldə eləmək - Rusiyanın, yoxsa ABŞ-ın və ya Gürcüstanın. Bakı üçün əslində bunun prinsipial önəmi yoxdur. Yada salaq ki, Ağdam rayonunun mina xəritələri ABŞ (Gürcüstan), Füzuli və Zəngilan rayonlarının xəritələri isə Rusiyanın (general Rüstəm Muradov) vasitəsilə Bakıya çatdırılıb.   
*****  
“Heç bir şübhə yox ki, Azərbaycanın bu xəritələri köhnə sxem üzrə - təxribatçıları Gürcüstan üzərindən təhvil verib də ala bilərdi ki, bu da Kremlin növbəti açıq-aşkar alçalması və müharibədən sonrakı Dağlıq Qarabağ nizamlanmasında onun gücsüzlüyünün daha bir sübutu olardı”.
Oleq Kuznetsov “Yerkramas” Fransa xüsusi xidmət orqanlarının Rusiyadakı  erməni diasporuna təsir alətinə çevrilib” | Baki-baku.az
Oleq Kuznetsov
Bu sözləri tanınmış rusiyalı tarixçisi-alim və hərbi ekspert Oleq Kuznetsov söyləyib.
“Lakin Bakı belə bir demarşa getmədi və Rusiyanın prosesdə iştirakına izn verdi ki, Krem bölgədəki düşüncəsiz və çox ucuz güc nümayişi fonunda öz gücsüzlüyünü çox ağrılı şəkildə hiss eləməsin. Artıq tamamilə aydındır ki, Bakı Qarabağla bağlı məsələlərdə Kremllə ustalıqla manipulyasiya edir, onu öz qaydaları ilə oynamaq zorunda qoyur və bu zaman belə bir görüntü yaradır ki, guya Moskva bölgədə öz iradəsini və şərtlərini diktə edir”, - deyə analitik qeyd edib.
Onun fikrincə, Cənubi Qafqazda artıq Moskva getdikcə daha çox fakt qarşısında qoyulur: daha ondan nəyi və necə etmək barədə soruşulmur: “Azərbaycan artıq az gücünə əmin olub və o, müstəqil şəkildə, öz zövqünə və iradəsinə uyğun olaraq tarixi yaratmaq qabiliyyətinin tam fərqindədir. Moskva da bununla barışıb. Kreml, sadəcə, bir məqamı başa düşə bilmir və ya başa düşmək istəmir: Azərbaycanda son iki əsrdə imperiya (Sovet) Rusiyası hakimiyyət orqanlarının dəstəyi ilə ermənilərin əlindən əziyyət çəkməyən bircə ailə də yoxdur. Azərbaycanlılar Rusiya xalqını çoxdan bağışlayıblar və çətin ki, ona qarşı, ümumiyyətlə, kin saxlayırlar.
Amma bu, dövlətə və hakimiyyətə aid deyil. Ona görə də Kreml istəsə də, istəməsə də, azərbaycanlılar nə qədər ki, onların əlində belə bir tarixi şans var və bu şansı da məhz özləri yaradıblar, Kremldən istəməyiblər, onlar ermənilərin gətirdikləri bütün bəlalara və bədbəxtliklərə görə onları artıqlaması ilə  “mükafatlandıracaqlar”. Və burada söhbət intiqamdan deyil, ədalətli haqq-hesabdan gedir. Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq zaman artıq gəlib".
Sözünə davam edən politoloq deyib: “İrəvanda xəyallar qurmağı xoşlasalar da, Ermənistan heç vaxt ”Qafqazın İsveçrəsi"nə çevrilməyəcək. O, bundan sonra da yavaş-yavaş, davamlı şəkildə çürüməyə, deqradasiya eləməyə davam edəcək. Ta ki Azərbaycan tərəfindən tamamilə “udulacaq”. Bu prosesi ləngitmək olar, amma dayandırmaq mümkün deyil. Görəsən, Kreml daha nə qədər pul, vaxt, resurs və güc sərf etməlidir ki, “əzabkeş” Ermənistanın reanimasiyasının tamamilə qeyri-mümkün olduğunu və onu artıq Bakının “xeyirxah əllərinə” təslim eləməyin vaxtının çatdığını anlasın", - deyə ekspert sonda sual edib.
*****
Öz növbəsində Rusiyadakı erməniyönlü “Regnum” informasiya agentliyinin baş redaktoru, politoloq Modest Kolerov hesab edir ki, Ermənistanda Rusiya hərbi bazalarına artıq heç bir ehtiyac qalmayıb.
Türkiyənin Ermənistana təhdidi artarsa, İran ermənilərə köməyə gələcək” –  Kolerov | KONKRET
Modest Kolerov
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Turan”a müsahibəsində deyib.
“İkinci yandan, Ermənistandakı rus hərbi bazalarının qalacağına zəmanət yoxdur, ona görə ki, Nikol Paşinyan hakimiyyətdə qaldı. Paşinyan ümid edir ki, kimsə Rusiyanı əvəzləyəcək və onun təhlükəsizliyinin və digər ütopik fikirlərinin qarantı olacaq. Bu səbəbdən Gümrüdəki və Erebunidəki (İrəvan yaxınlığı - red.) Rusiya bazalarının çıxarılması yaxın gələcəkdə reallaşa bilər”, - deyə o qeyd edib və bir daha bu bazalara ehtiyac qalmadığını söyləyib: “Çünki işğal altındakı Abxaziyada və Cənubi Osetiyada Rusiya bazaları yaranandan sonra onlara ehtiyac yoxdur. ”Kollektiv Qərb" isə Ermənistanın təhlükəsizliyini təmin edə bilməz və bunu istəməyəcək də".
*****
Sonda bir daha təkrarlamağa lüzum var: Ermənistan adlı qondarma dövlətin tək varlıq qarantı nə Rusiyadır, nə də Qərb, qarant - qonşu Azərbaycan və Türkiyədir. Eləcə də Qarabağ ermənilərinin xoşbəxtliyi sırf Bakıya bağlıdır, İrəvana, Moskvaya, Parisə, yaxud Vaşinqtona yox! Odur ki, “anklav”dakı ermənilər də hazırlaşsın:  “qılıncları boyunlardan asmaq” və Bakıya biyət eləmək zamanı çatıb...
Siyasət şöbəsi,
“Yeni Müsavat”

6-07-2021, 09:49 187

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 15:37
Bu gün, 15:14
Bu gün, 12:03
Bu gün, 11:57
Bu gün, 11:55
Bu gün, 11:53
Bu gün, 11:47
Bu gün, 11:43
Dünən, 17:34
Dünən, 15:58
Dünən, 15:57
Dünən, 11:52
Dünən, 11:34
Dünən, 11:29
Dünən, 11:28
Dünən, 11:11
Dünən, 09:58
Dünən, 09:55
Dünən, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839