Tokio da qərarını verdi


Yaponiya ilə Ukrayna arasında hərbi yardımla bağlı sənədin imzalanması beynəlxalq aləmdə maraqla qarşılanıb. Bu müasir Yaponiyanın tarixində bir ilkdir. Yaponlar ukraynalılara gülləkeçirməz jiletlər, dəbilqələr, çadırlar, qış geyimləri, dərmanlar, generatorlar, kameralar, fövqəladə hallarda istifadə üçün müxtəlif alətlər verəcəklər. 

Yaponiya İkinci Dünya müharibəsindəki ağır məğlubiyyətindən sonra dünyanın müxtəliq qütblərindəki münaqişələrə qarışmır, ancaq iqtisadiyyatla və dünyaya daha çox məhsul ixrac etməklə məşğul idi. Ancaq Rusiyanın Ukraynanı işğal etməyə çalışması Yaponiya kimi neytral siyasətə üstünlük verən ölkəni də hərəkət keçirdib. 
Yaponiya bir başqa ilkə də imza atıb. Tokio Ukraynanın işğalı fonunda Qərb ölkələri kimi başda Rusiya prezidenti olmaqla bu ölkənin müxtəlif rəsmiləri və biznesmenlərinə qarşı sanksiya qərarı verib. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 49 idarəsi, bankları və şirkətləri daxildir. Yaponiyanın baş naziri Fumio Kisida Kuril adalarının cənub hissəsini Yaponiyanın əzəli əraziləri adlandırıb və vaxtilə Rusiya tərəfindən işğal edildiyini bəyan edib. Baş nazir şimal ərazilərin Yaponiyaya məxsus olduğunu və onların üzərində Yaponiyanın suverenliyinin olduğunu vurğulayıb. 
Yaponiya İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ ilə sülh müqaviləsi imzalamadı. Çünki SSRİ Yaponiyanın Kurl adalarını işğal edərək geri qaytarmaq istəmirdi. Moskva 1950-ci illərin ortalarında Tokio ilə belə razılığa gəldi ki, sülh sazşini müqabilində 4 adadan 2-ni Yaponiyaya qaytara bilər. Ancaq o da baş vermədi. SSRİ dağıldıqdan sonra Yaponiya Rusiya ilə bu mövzuda danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin bir ara adaları Yaponiyaya geri qaytarmağa hazır idi. Ancaq Yeltsinin ətrafı onu bu addımdan çəkindirdi. Rusiyada hakimiyyətə gələn Vladimir Putin Tokio ilə danışıqları davam etdirsə də, Kuril adaları məsələsində heç bir addım atmadı, əksinə Rusiyanın yeni Konstitusiyasına “ərazi güzəşti qadağan edilir” maddəsi əlavə edildi. Yəni bundan sonra Kuril adalarının Yaponiyaya qaytarılması mümkün deyil, bunun üçün Rusiya Konstitusiyasına düzəliş edilməlidir. Kreml Kurl mövzusunu Tokio ilə müzakirə etmək istəmir. 
Tokionun Moskva ilə illərdir apardığı danışıqlar nəticəsiz qaldı. Bundan başqa Rusiyanın Çinlə qurduğu strateji münasibətlər də Yaponiyanı narahat edir.  Çin hərbi gücünü artırır və qonşuları, o cümlədən Yaponiya üçün təhlükə mənbəyinə çevrilib. Moskva Çinin bu siyasətini dəstəkləyir. Belə olan halda Yaponiyanın fəal xarici və təhlükəsizlik siyasəti həyata keçirməsinə ehtiyac yaranıb. Ona görə də Yaponiya Rusiya işğalına qarşı müqavimət göstərən Ukraynaya dəstəyə qərar verib. 
“Atlas” Araşdırmalar Mərkəzi

9-03-2022, 11:10 184

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041