Çin Rusiyanı xilas edəcəkmi ?



Kubra Məhərrəmova yazır...
Dünən gecədən dünyanın aparıcı media qurumlarında Rusiyanın Çindən hərbi və iqtisadi yardım istəməsi haqqında məlumatlar yayıldı. Belə bir məlumatın ortaya çıxması artıq o deməkdir ki, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatların 19-cu günü üçün gücü və resursu tükənib. Xarici və iqtisadi siyasəti məğlub olub. Xeyli canlı itki verib. Dünya ticarət və iqtisadi sistemindən təcrid olunub. 
Sadəcə rəsmi Moskvanın təbliğat maşını bunu bacardıqca yamamağa çalışır. 
Qeyd edim ki, Rusiyada “müharibə” sözü qadağan olunub, onun yerinə bütün KİV-lərdə “xüsusi hərbi əməliyyat” sözü işlənir. 
Rusiyanın gözlədiyi və proqnozlaşdırdığı blitskriq baş tutmadı və ortalama 20 gün ərzində Rusiyanın heç bir ciddi uğuru qeydə alınmayıb. Tank kalonları, hərbi texnikası Ukrayna ordusu tərəfindən məhv edilib. 
Rəsmi Moskva isə itkiləri barədə danışmır. Rəsmi Kiyev isə Rusiyanın canlı itkisinin on, on iki min civarında olduğunu deyir. Bəzi mənbələrdə isə rus hərbi qüvvələrinin özləriylə mobil krematori gəzdirməsi və bununla da itkilərin sayını gizlətməsi barədə məlumatlar dolaşır. Suriyadan Ukraynaya muzdluların döyüşməyə göndərilməsi də canlı itki sayının azaltmaqdır. 
Rusiya hərbi qüvvələrinin əldə etdiyi yeganə uğur isə sivil insanların yaşadığı yerləri raket və bomba atəşinə tutmaqdır. Bu gün belə onminlərlə körpə raket altında, canlı nişangahdır. Təəssüf ki, atılan dəmir raketlər günahsız uşaqları qəddar düşməndən ayıra bilmir. Uşaq evləri, doğum evləri, xəstəxanalar bu gün də raket atəşinə məruz qalır. 
Rusiya hərbi qüvvələri sivil insanlara atəş açdıqca dünyanın iqtisadi və siyasi sanksiyaları da Rusiyaya qarşı daha şiddətli təzyiq göstərir. Əli bütün iqtisadi və hərbi yardımdan kəsilən Rusiya kömək üçün üzünü Çinə tutub. Rusiya təbliğat maşının son günlərdə sərgilədiyi tezislərdən biri də “Rusiya Çin ilə dostdur” kəlməsidir. Gəlin görək bu “dostluq” nə qədər realdır. 
Diqqətinizə sadə rəqəmləri çatdırıram. 
Birinci onu qeyd edək ki, Çinin iqtisadiyyatı Rusiyadan ən azı 10 dəfə böyükdür. 
Çinin 2021-ci ildə xarici ticarət dövriyyəsi, COVID-19 epidemiyası qlobal ticarətə zərər verməsinə baxmayaraq ilk dəfə olaraq 6 trilyon dollar həddini aşdı. Sinhua agentliyinin məlumatına görə, ABŞ ölkənin əsas ticarət tərəfdaşı olaraq qalır, Rusiya isə ilk onluğa belə düşməyib.  
Çin və ABŞ arasında ticarət dövriyyəsi 28,7 % artaraq 755,6 milyard dollara çatıb.
Rusiya isə Çinin xarici ticarət statistikasında 11-ci yerdədir, rəqəm isə 146,9 milyard dolları ifadə edir. Çinin Rusiyadan aldığı isə bu gündən daha da ucuzlaşacaq təbii sərvətlərdir. Bu neft, kömür və meşə təsərrüfatıdır. 
Burada ingilislərin məşhur “follow the money” (Pulları izləyin) ifadəsi yerinə düşür. Belə ki, məntiqli siyasət yürüdən və dünyanın ən böyük ixracatçısı olan Çin pullarını və nüfuz dairəsini asanlıqla və kiminsə iddialarına görə itirə bilməz. Əgər yadınızdadırsa Çin də Rusiyanın nüvə təhdidinə cavab olaraq Moskvanı təmkinli davranmağa çağırmışdı. Bu isə Çinin Rusiyanın xarici siyasətini dəstəkləmədiyini bir daha ifadə edir.  Çinin Rusiyaya iqtisadi və hərbi köməklik göstərməsində heç bir marağı yoxdur. Bu sadəcə biznesdir. 
Üstəgəl nəzərə alsaq ki, Çinin ABŞ-dan sonra ən böyük bazarı Avropa İttifaqı ölkələridir, Çin Rusiyaya tətbiq olunan sanksiyaların kölgəsinə düşmək istəmir. Artıq neçə müddətdir ki, Çinin böyük bankları bir sıra Avropa holdinqlərinə kredit verir, yatırımlar edir. Bu da Çinin pullarının Avropada olması və ticarət imkanlarının inkişafından xəbər verir.
Rusiyanın iqtisadi cəhətdən çökməsi isə qaçılmazdır. Son 30 ildə Dünya Ticarət sisteminin zəncirinə qoşulan və son 10 gündə bu sistemdən hər mənada təcrid olunan Rusiya iqtisadiyyatı yavaş-yavaş komaya düşür. 
Yeri gəlmişkən, ömür boyu ağızı köpüklənə-köpüklənə işğaldan və Rusiya imperiyasının qüdrətli ordusundan dəm vuran Jirinovski komadan ayılıb. Deyilənə görə baş verənləri görəndən sonra yenidən xahiş edib ki, həkimlər onu komaya salsın. 
Bir baxın necə də gözəl tablodur. Komaya düşmüş Rusiya iqtisadiyyatı və əbədi komada qalan Jirinovski.

14-03-2022, 12:41 182

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 12:09
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964