Qazaxıstanda Nazarbayevə get dedilər-Polislə toqquşma oldu.(Video)

 Qazaxıstanın ən böyük şəhəri olan Almatıda iyulun 6-da qiymətlərin qalxmasına və ölkədə Çinin getdikcə artan təsirinə qarşı etiraz aksiyası keçirilib.
Sumqayit.tv
Azadlıq radiosuna istinadənəlumat verir ki, İcazə verilməmiş aksiyanın təşkilatçısı müxalif Demokratik Partiyanın lideri Janbolat Mamay idi.
Bu etiraz aksiyasında Mamaya qoşulan tərəfdfarları vəzifəsindən formal olaraq istefa versə də ölkənin de facto lideri olaraq qalan Nursultan Nazarbayevə qarşı “çıx get” şüarı səsləndirirdilər.
Aksiya 81 yaşlı Nazarbayevin ad gününə təsadüf edən Paytaxt günündə keçirilıib.
Mamay bildirib ki, ölkədə gündəlik tələbat mallarının qiymətləri rəsmi inflyasiyadan daha sürətlə qalxır.
O habelə ölkə rəhbərliyini Qazaxıstanın Çindən asılılığını dərinləşdirməkdə ittiham edib.
Baş tutmayan qurultay
Polis icazəsiz aksiyanın dayandırımasını tələb edib və bundan sonra toqquşmalar başlanıb.
Mamayın arvadı İnqa İmanbayın verdiyi məlumata görə, bir neçə nəfər xəsarət alıb və azı üç nəfər saxlanıb.
Müxalifət lideri indiyədək çirkli pulların yuyulması ittihamı ilə məhkum edilib. Lakin tərəfdarları ittihamların siyasi motivli olduğunu bildirirlər.
Demokratik Partiya Ədliyyə Nazirliyində 2020-ci ilin dekabrında rəsmən qeydiyyata alınsa da, onun bu ilin fevral ayında qurultay keçirməsinə imkan verilməyib.
Qazaxıstan hökuməti bildirir ki, ölkə qanunlarına görə hər hansı partiyanın təsis qurultayında azı min nümayəndə iştirak etməlidir.
SSRİ-dən müstəqilliyini 1991-ci ildə bəyan etmiş Qazaxıstanda hazırda prezident Qasım-Jomart Toqayev olsa da, Nazarbayev əsas hakimiyyət vəzifələrini özündə saxlayır.
Nazarbayevin hakimiyyəti illərində bir çox müxalifət liderləri həbs edilib və ya ölkədən qaçmağa məcbur olub.

7-07-2021, 21:40 261

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086