"Yeni dünya nizamı qurulur, beynəlxalq siyasi müstəvidə daşlar yerindən oynayır”

Zəngəzurun Mehri şəhəri

“Avropa İttifaqının Cənubi Qafqaz siyasəti post-münaqişə dövrünə əsasən, reallaşır”.

Sumqayit.tv-in məlumatına görə, Blbu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinə son qoyulması, Avropa İttifaqının regiona diqqətinin artması, xüsusilə Azərbaycanla əlaqələri yeni inkişaf mərhələsinə qaldırmaq strategiyasını oratya qoyub.
Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə
“Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı proqramına uyğun olaraq, yeni əməkdaşlıq məhz post-müharibə dövrünə uyğun olaraq reallaşacaq. Məhz bunu Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyinin qeyd etməsi, göstərir ki, Brüssel artıq münaqişənin bitdiyini qəbul edir.
Son bir ay ərzində Avropa İttifaqının rəsmilərinin regiona səfəri, Azərbaycanla əlaqələrə önəm verilməsi, sıx siyasi-iqtisadi inkişaf prosesinin başlanmasına dəlalət edir. İki tərəfli əlaqələrin bu tempdə davam etməsi. qısa bir müddətdə Azərbaycan və Avropa ittifaqı arasında çərçivə sazişinin bağlanmasına gətirib çıxaracaq. Avropa ittifaqı Qafqaz və Mərkəzi Asiyaya açılım etməklə, Çinlə Rusiya üzərindən kənar iqtisadi-siyasi əlaqələri onu etdirəcək. Bu da Azərbaycanın regionda nəqliyyat və logistika habı olaraq İttifaq üçün xüsusi əhəmiyyətini artıracaq. Bu da gələcəkdə ölkəmizə siyasi-iqtisadi dəstəyin verilməsi ilə nəticələnəcək.
Avropa İttifaqı məhz Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək, buradan Mərkəzi Asiyaya açılım siyasətini həyata keçirməyi qarşısına məqsəd qoyub. Əfqanıstanda Talibanın hakmiyyətə gəlməsi Avropanin bu siyasətinin qarşısını almayacaq. Yeni dünya nizamı qurulur, beynəlxalq siyasi müstəvidə daşlar yerindən oynayır. Bu da hər bir regional və beynəlxalq gücün öz tərəfdaş seçməsinə, iqtisadi və logistika yollarına nəzarət etməsinə gətirib çıxarır. Bu xüsusda Avropanın şansı daha da yüksək görünür”.
Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqının bu siyasəti daha da çevik, regionda real sülhün əldə edilməsinə töhfə verə bilər.
“Xüsusilə Ermənistanda N. Paşinyan hakimiyyəti ilə sıx əməkdaşlıq formatı çərçivəsində Brüssel Ermənistanı 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edilməsini təşviq edə bilər. Çünki "Zəngəzur" dəhlizinin açılması Avropanın da maraqlarına uyğundur.
Azərbaycanla Ermənistan arasında əlaqələrin bərpası, məhz Avropa İttifaqının strateji maraqarına cavab verir. Ona görə də arda-arda Avropa rəsmilərinin səfərləri buna dəlalət edir. Azərbaycanda Avropa İttifaqı ilə sıx əməkdaşlığı inkişaf etdirməklə, Rusiyanın və ABŞ-ın gündəmə daşıdığı Minsk qrupunun fəaliyyətinə, həmçinin onların iddia etdiyi"status"məsələsini netrallaşdıra bilər.
Avropa İttifaqı münaqişinin yenidən qızışdırlmasında maraqlı deyil. Ona görə də rəsmi Bakı İttifaqla çərçivə sazişininin bağlanmasını gecikdirməməli və Brüsseli "Zəngəzur" dəhlizinin açılması istiqamətində proseslərə cəlb etməlidir".

12-07-2021, 14:29 206

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041