Ukraynanın daxili işlər naziri vəzifəsinə Denis Monastırski təyin edilib.
Sumqayit.tv -in məlumatına görə, bu barədə xəbəri Ukrayna Radasının mətbuat xidməti yayıb.
Məlumata görə, Monastırskinin lehinə 271, əleyhinə isə 226 deputat səs verib.
Qeyd edək ki, Monastırski Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyasındandır. Bu təyinata qədər Ali Radanın Hüquq-mühafizə işləri üzrə komitəsinin sədri idi.