Ötən gün Sumqayıt şəhərində, dənizdə batan azyaşlının meyiti tapılıb.
Sumqayit.tv xəbər verir ki, 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.
H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.