Sumqayıtda 8 nəfərdən ibarət narkotik alverçisi saxlanildi

Sumqayıtda bir qrup şəxs narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Sumqayit.tv-in məlumatına görə, aparılan əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Sumqayıt polisinə daxil olan əməliyyat məlumatı əsasında şəhərin Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evlərinin birində narkotik vasitə yetişdirildiyi məlum olub. Belə ki, aparılan tədbirlər zamanı qəsəbə ərazisində Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Mütəlimov Ağadat Qəzənfər oğlunun həyətyanı sahəsindən ümumi çəkisi 8 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. A. Mütəlimov maddi sübut kimi götürülmüş 11 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.
Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Şəhərin 9-cu mikrorayon ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində şəhər sakinləri Elçin İmanov, əvvəllər məhkum olunmuş Tural Bayramlı və Azər Musayev saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Məlum olub ki, E. İmanov narkotik maddəni tanışı T. Bayramlıdan alıb. Sonuncuya isə narkotik maddəni A. Musayev satıb.
Daha bir əməliyyat zamanı isə şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Teymur Həmzəyev, Arif Hüseynov, Səfər Əliyev və İlqar Əliyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə heroin və psixotrop maddə olan metadon aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

30-08-2021, 18:31 235

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065