Poeziya evində jurnalistlərlə görüş keçirilib - FOTO


22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Poeziya evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə bir qrup jurnalistlə görüş keçirilib.
Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin  Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, fəaliyyətimizin xalqımıza operativ və dolğun şəkildə çatdırılmasında mətbuatın rolu çox böyükdür. Gülnarə xanım  faydalı əməkdaşlığın bun¬dan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Şəhər icra hakimiyyətinin Humanitar məsələlər üzrə şöbənin müdiri Fərman Kazmov 149 illiyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli və keşməkeşli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu qeyd edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, bu kursun Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini bildirib. Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdə jurnalistlərimizin rolunu vurğulayaraq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib. Daha sonra Sumqayıtda mətbuat sahəsindəki mövcud vəziyyətdən danışıb. Mətbuat nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb. 
Çıxış edənlər – Əməkdar jurnalist Eyruz Məmmədov, Azərtac-ın Sumqayıt şəhəri üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, “Sumqayıt” qəzetinin Baş redaktoru Sübhan Quliyev, “Azad Azərbaycan” qəzetinin redaktoru Ağalar İdrisoğlu,İctimai Televiziyanın redaktoru Müqəddəs Şahbazov, xeberle.com saytınn həmtəsisçisi, Sumqayıt Tibb Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Ramil Zeynallı, “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı, “Sabaha inamla” qəzetinin Baş redaktoru Namiq Məmmədli və başqaları fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşərək göstərilən diqqətə görə təşəkkür ediblər.
Digər qonaqlar – şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, AYB-nin Ədəbiyyat Fondunun direktoru, edebiyyatveincesenet.az saytının rəhbəri Varis Yolçuyev, Sumqayıt Rəsm Qalereyasının direktoru Ellada Həsənova, yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı, yazıçılar Almaz Ərgünəş Bəyazid, Mənsurə Xələfbəyli, rejissor-operator Etibar Bənnayev  və başqaları çıxışlarında Azərbaycanın müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlarından, həmçinin ölkə və region mətbuatının hazırkı problem və çətinliklərindən danışıblar. 
Tədbirdə iştirak edənlərə  AYB Sumqayıt bölməsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.

22-07-2024, 11:00 114

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041