FHN Sumqayıtdakı fəsadların aradan qaldırılmasını təmin edib
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb. Sumqayit.tv xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında nazirliyin qüvvələri tərəfindən fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Sumqayıt şəhəri, 45-ci məhəllədə yaşayış binasının fasadında küləyin təsirindən dəmir parçalarının qopması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumatlar əsasında nazirliyin müvafiq olaraq Xüsusi Riskli Xilasetmə Xidməti və Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.