Narkotik əvəzinə pudra satdı — Coratdakı qanlı cinayətin təfərrüat


Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Novruzbəyə xəsarət yetirib. 

Sumqayit.tv-in əldə etdiyi məlumata görə, Pərviz 22 iyun 2023-cü ildə tanışı Novruzbəyə istifadə etmək məqsədilə vermiş olduğu istintaqla aşkar edilərək götürülməsi mümkün olmayan narkotik maddənin sonuncu tərəfindən narkotik maddə olmadığı və aldadıldığını bildirməsi səbəbindən aralarında mübahisə yaranıb. 

Mübahisə ilə bağlı həmin gün saat 18 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində görüşərək sakit yerdə söhbət etmək üçün birlikdə Sumqayıt şəhəri, Novxanı bağlan ərazisində "Sarı qaya" deyilən yerdə yeni tikilmiş fərdi evlərin yerləşdiyi küçəyə gəliblər. 

Mübahisəni davam etdirən Pərviz Novruzbəyi aldatmadığını və narkotik maddə verdiyini deyib, bununla bağlı söyüş söyüb. 

Lakin Novruzbəy onun sözü və söyüşlərinə inanmayıb. Bununla bağlı əsəbləşən Pərviz Novruzbəyin sifətinə bir neçə şillə zərbəsi vurub. Həmin vaxt Novruzbəy üzərindən istintaqla aşkar edilərək götürülməsi mümkün olmayan bıçağı çıxarıb və ona göstərib. 

Pərviz bundan daha da əsəbləşib və bu halı özü üçün qəbuledilməz hal kimi qiymətləndirib. Bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi bıçağı çıxarıb və Novruzbəyin döş qəfəsi nahiyyəsinə qəsdən bir dəfə vurub. 

Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib: “Zərərçəkmiş Novruzbəylə heç bir ədavət və düşmənçiliyim olmayıb. Novruzbəyin istəyi ilə ona narkotik maddə vermişəm. Sonradan Novruzbəy ona verdiyim maddənin narkotik maddə olmadığını dedi və ona görə aramızda dava düşdü. Hər ikimiz söyüş söydük və əlbəyaxa olduq. Sonradan Novruzbəyə 1 dəfə bıçaq zərbəsi vurdum. Daha sonra özüm Novruzbəyi xəstəxanaya apardım”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı Növruzbəyin də üzərində bıçaq olub: “Mən Novruzbəyə bir dəfə bıçaq zərbəsi vurmuşam. Mənim Novruzbəyi bıçaqla vurmaq fikrim olmayıb, üzünə bir neçə dəfə şillə vurmuşam. Əvvəlcə Novruzbəy öz cibindən bıçaq çıxartdı. Daha sonra mən də cibimdəki bıçağı çıxararaq Novruzbəyə bir dəfə bıçaq zərbəsi vurmuşam. Novruzbəylə barışmışam, onun xəstəxana xərclərinin ödənilməsinə də köməklik göstərmişəm. Biz dalaşanda yanımızda taksi sürücüsü Ceyhun olub. Dava olan zaman narkotik maddənin təsiri altında olmuşam”. 

İş üzrə zərərçəkmiş Novruzbəyin sözlərinə görə, Pərvizdən pul qarşılığında onun üçün narkotik maddə təşkil etməsini istəyib: “Pərviz də mənim üçün narkotik maddə təşkil etdi. Lakin həmin narkotik maddəni istifadə etdikdə onun narkotik maddə olmadığını, pudra olduğunu bildim. Buna görə də Pərvizlə aramızda mübahisə yarandı. Hadisə baş verən günü bir yerdə Corat qəsəbəsinə getdik. Orada mübahisələrimiz yarandı. Pərviz mənə əvvəlcə bir şillə vurdu. Daha sonra bir dəfə bıçaq zərbəsi vurdu. Bundan sonra taksi sürücüsü ilə məni xəstəxanaya apardılar”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pərviz 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

31-07-2024, 18:07 37

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903