Toydan qayıdan kişi arvadını küçədə döydü — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Səməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Röyaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 11/8 ünvanının qarşısında baş verib. 

Səməd orada Röya ilə ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı qəsdən onun baş və bədən nahiyyəsinə bir neçə yumruq zərbəsi vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2016-cı ildə Röya ilə ailə həyatı qurub və evliliklərindən 2 övladları var: 

“İlk əvvəl bizim münasibətlərimiz normal olub. Daha sonra aramızda mütəmadi olaraq mübahisələr yarandığı üçün 2022-ci ilin yanvar ayında rəsmi boşandıq. Təxminən 7 ay sonra yenidən barışaraq birgə yaşamağa başladıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün, səhər 9 radələrində evdən çıxmağı qərarlaşdırıb: 

“Röyaya əvvəlcə işə baş çəkəcəyimi, oradan da Xaçmaza iş yoldaşımın oğlunun toyuna gedəcəyimi bildirdim. Saat 23 radələrində telefonla Röyaya ilə danışarkən ona Qubaya gedəcəyimi, növbəti gün gələcəyimi bildirdim. Biz telefonda mübahisə etdik. Bundan sonra evə gəldim. Bu zaman Röyanın binanın qarşısında olduğunu və getmək istədiyini anladım. Əsəbləşərək Röyanın yanına gəldim və onun qolundan tutaraq baş, bədən nahiyyəsinə bir neçə yumruq zərbəsi endirdim. Daha sonra saçından tutaraq özümə çəkdim. Bu vaxt o, dizi üstə yerə yıxıldı. Sonra onu yerdən qaldırdım. Bundan sonra Röya məndən uzaqlaşdı. Mən də evə getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Röyanın sözlərinə görə, 2016-cı ildə ailə həyatı qurublar və birgə nikahdan 2 övladları var: 

“2022-ci ilin yanvarında rəsmi olaraq boşandıqdan 7 ay sonra yenidən barışdıq və birgə yaşamağa başladıq. Səmədlə təxminən 7 aydır ki, bir yerdə yaşayırıq. Lakin son vaxtlar yenə aramızda söz-söhbətlər yarandı. Sonuncu dəfə Səməd keçmiş iş yoldanın övladının toyuna getmək üçün saat 9-da evdən çıxaraq işə gedəcəyini və oradan da Xaçmaz rayonuna toya gedəcəyini bildirdi. Saat təxminən 23 radələrində Səməd ilə telefonla danışdım. 

Səməd mənə Quba rayonuna gedəcəyini və növbəti gün qayıdacağını, evə qayıtdıqda məni evdə görmək istəmədiyini bildirdi. Mən  əşyalarımı yığaraq Sumqayıt şəhəri, Şirvan qəsəbəsində yaşayan bacımın yanına getmək üçün hazırlaşdım. Taksiyə minmək üçün binanın qarşısına düşdüm. Bu zaman Səməd həyətə gəldi. Bizim yenə mübahisəmiz başladı. Səməd mənim qolumdan tutaraq baş və bədən nahiyyələrimə bir neçə yumruq zərbəsi endirdi. Mən  getmək istədikdə saçımdan tutdu. Daha sonra Səməddən aralaşdım və taksiyə mindim. Səhəri gün polisə hadisə barədə məlumat verdim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səmədin barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.

19-09-2024, 16:05 59

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964