Sumqayıtda bu avtobus xəttinin sürücüləri sərnişinlərdən artıq gediş haqqı alırlar - AYNA tapşırıq verdi

Sumqayıtda bu avtobus xəttinin sürücüləri sərnişinlərdən artıq gediş haqqı alırlar - AYNA tapşırıq verdi

Sumqayıtın H. Z. Tağıyev qəsəbəsi ilə Bakı avtoğzalı arasında işləyən 502 nömrəli avtobus xəttinin sərnişinləri sözügedən avtobusun sürücülərin qanunsuz əməlləri ilə bağlı redaksiyamıza müraciət edib. Müraciətdə qeyd edilir ki, 502 nömrəli avtobus xəttinin yolu 34 km təşkil edir. Son tariflərə görə, 40 km yola kimi 80 qəpik deyil, 70 qəpik olmalıdır. Lakin, sürücülər 1 manat alaraq, pulun qalığını sərnişinlərə geri qaytarmır: "502 nömrəli avtobusun gediş haqqısı 80 qəpik idi. Qəsəbə sakinləri olaraq AYNA-ya müraciət etdik. Gediş haqqı 40 km-ə qədər ərazilərdə 70 qəpik təşkil etdiyi üçün 502 nömrəli avtobusun da tarifi 80 qəpikdən 70 qəpiyə endirilib. Lakin, sürücülər yenə də qanunsuz olaraq sərnişinlərdən 80 qəpik tələb edirlər”. 
Bununla bağlı sakinlər AYNA-ya rəsmi qaydada müraciət edib. AYNA-da sakinlərə cavab olaraq bildirilib ki, avtobus xəttinin uzunluğu 34,6 km olduğu nəzərə alınmaqla gediş haqqı 70 qəpik müəyyən edilib. Buna baxmayaraq, sözügedən avtobus xəttinin sürücüləri rəsmi qurumun da sözlərinə məhəl qoymur. Hazırda da sərnişinlərdən qanunsuz olaraq 1 manat gediş haqqı alınır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov Xeberle.com-a açıqlamasında bildirib ki, 502 nömrəli marşrut xətti üzrə gediş haqqı 70 qəpik təşkil edir: "Ölkədaxili müntəzəm şəhərlərarsı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin təsdiq edilməsi haqqında 30 iyun 2024-cü il tarixli qərara əsasən, H.Z.Tağıyev qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqaməti üzrə hərəkət edən 502 nömrəli marşrut xətti üzrə gediş haqqı 70 qəpik təşkil edir. Daşıyıcıya sürücülərin qiymət intizamına ciddi riayət etmələri barədə tapşırıq verilib".
Elşən Yəhyayev

11-10-2024, 11:05 231

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041