Sumqayıtda ictimai fəal bayram tədbirinə dəvət edilməməsinə sərt reaksiya verdi (VIDEO)

 

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən ənənəvi Yeni il tədbirində şəhərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən bir sıra şəxslər təltif edilib. Lakin Sumqayıtın tanınmış ictimai fəallarından və QHT sədrlərindən olan Emil Maqalov bu siyahıda adının yer almamasından narazılığını bildirib.
Sumqayit.tv xəbər verir ki, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, nəinki təltif olunub, hətta tədbirə də dəvət edilməyib. O, Sumqayıt şəhərində və Azərbaycanın bir sıra bölgələrində antinarkomanoya mövzusunda maarifləndirici təlimlər keçirdiyini xatırladıb.
Emil Maqalov paylaşımında bildirib ki, uzun illərdir ictimai fəaliyyətlə məşğuldur və Sumqayıt üzrə mühüm layihələr həyata keçirib. Buna baxmayaraq, onun adının şəhər rəhbərliyinə təqdim olunmadığını vurğulayıb.
İctimai fəal bəzi şəxslərin maddi imkanlarına görə ön plana çəkildiyini iddia edərək, bu yanaşmanı ədalətsiz hesab etdiyini vurğulayıb. O, məsələnin səbəblərini araşdıracağını və ictimaiyyətə açıqlayacağını da bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən hələlik hər hansı rəsmi açıqlama verilməyib.

VİDEO MÜRACİƏTİN LİNKİ:  (32)Sumqayıtda keçirilən Yeni il tədbirində bir sıra şəxslər təltif olunsa... | TikTok


29-12-2025, 17:57 107

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086