Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşası başa çatdırılıb və bu müəssisələr açılışa tam hazırdır.
Sumqayit.tv xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, hazırda bir neçə xarici investorla işlər aparılır.