Səhiyyə Nazirliyində Belarus nümayəndə heyətilə görüş keçirilib


Səhiyyə Nazirliyində Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Belarusun əczaçılıq sənayesinin aparıcı müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Nazirlikdən bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan və Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb. Nazir bildirib ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.
Nazir çıxışında həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib:
“Belə ki, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərin təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmələri üçün qarşılıqlı səfərlər təşkil olunur. Sevindirici haldır ki, bu illər ərzində iki ölkənin tibb mütəxəssisləri arasında nəinki möhkəm işgüzar əlaqələr, həmçinin dostluq münasibətləri təşəkkül tapıb”.
Ölkələrimiz arasında əczaçılıq sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayan nazir əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu bildirib:
“Bundan əlavə, əczaçılıq sənayesi gələcəyin iqtisadiyyatının əsas sahələrindən biridir, çünki yüksək keyfiyyətli tibb və millətin sağlamlığı hər bir ölkənin uğurlu sosial-iqtisadi inkişafının mühüm tərkib hissəsidir”.
Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Andrey Ravkov Belarusun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib:
“Yaxın tarixdə Belarusla Azərbaycan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Belarusda əczaçılıq sənayesinin sistemli və dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir ölkəsinin birgə müəssisə yaradılmasında maraqlı olduğunu qeyd edib:
“Bakıda keçirilən “Medinex” Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ölkəmiz əczaçılıq sahəsində aparıcı müəssisələrinin daxil olduğu böyük milli ekspozisiya ilə təmsil olunur. Biz Azərbaycanda əczaçılıq sənayesinin inkişafında iştirak etmək istəyirik və buna hazırıq”.
Öz növbəsində Belarusun aparıcı əczaçılıq müəssisələrinin nümayəndələri Azərbaycana təkcə hazır dərman preparatlarının ixracında deyil, həm də bu sahənin inkişafında mütəxəssislərin hazırlanmasında kömək göstərməyə hazır olduqlarını ifadə ediblər.
Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşdə tərəflər əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə etdilər.



3-11-2022, 17:38 239

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086