SDU-da “Məzun günü” keçirildi


İyunun 28-də Sumqayıt Dövlət Universitetində “Məzun günü”  keçirildi.
Sumqayit.tv
xəbər verir ki, tədbirdə bir sıra şəhər rəsmiləri, universitetin tərəfdaş və əməkdaşlıq etdiyi müəssisələrin nümayəndələri və professor-müəllim heyəti iştirak edərək məzunların sevincinə şərik oldular.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək qonaqları və iştirakçıları salamladı, məzunları əlamətdar gün münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Rektor Rüfət Əzizov məzunlarımızın müstəqil Azərbaycan dövlətinin ən qüdrətli dövründə və qalib ölkədə məzun olduqları üçün daha şanslı olduqlarını qeyd etdi. Uzun illər arzusunda olduğumuz işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda gənclərimizin fəaliyyət göstərmə imkanları olduğu üçün də şanslı olduqlarını bildirdi.
Rektor qeyd etdi ki, “Bu gün siz çox şanslı məzunlarsınız ki, əmək fəaliyyətinə Xankəndidə, Hadrutda, Şuşada, Füzulidə və işğaldan azad olunmuş digər rayonlarımızda başlama imkanınız vardır.”
Sonra rektor məzunlara həmişə dürüstlük və ədalət, çeviklik, dözümlülük, vətənpərvərlik və innovativlik kimi dəyərlərlə bağlı tövsiyələrini bildirdi. Müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunları təbrik edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov şəhər İcra başçısı cənab Zakir Fərəcovun salamını çatdırdı, regionun davamlı inkişafına töhfə verən və şəhərimizin yeganə ali təhsil müəssisəsi olan SDU - nun fəaliyyətini və universitetdə yüksək səviyyəli kadr hazırlığının həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdi. Bu uğurların təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün də Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti və eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə diqqət və qayğısı durur.
STP Şirkətlər Qrupunun Baş icraçı direktoru Hicran Valehov, SOCAR “Azərikimya” İstehsalat Birliyinin Baş direktoru Elnur Məmmədli çıxış edərək uğur hekayələrini məzunlarla bölüşdülər, onlara gələcək karyera həyatlarında uğurlar arzu etdilər və SDU-nun respublikamızın təhsil sahəsinə verdiyi böyük töhfələrdən danışdılar.
Təbiət elmləri fakültəsinin məzunu Anar Güllərli çıxış edərək SDU-nun məzunu olmaqdan qürur duyduğunu bildirdi, eyni zamanda universitetin rəhbərliyinə və professor-müəllim heyətinə tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə təşəkkürünü ifadə etdi.
Çıxışlardan sonra akademik göstəricilərinə, universitetin ictimai və idman həyatında fəal iştiraklarına görə fərqlənən məzunlara Fəxri fərmanlar  təqdim olundu, sonra ənənəvi “papaqatma” mərasimi keçirildi.
Rəsmi hissədən sonra tədbir bədii və əyləncəli proqramla davam etdi. Tələbələrin ifasında universitetin marşı səsləndi, özfəaliyyət kollektivi ilə yanaşı, respublikamızın gənc sənətçiləri ifaları ilə məzunları təbrik etdilər. 

29-06-2024, 13:26 199

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086