
Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahan prosesinin idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 mühafizə əməkdaşı və 267 bina nümayəndəsi cəlb olunub.
İlkin məlumatlara əsasən, imtahan qaydalarını pozduğu üçün 4 nəfər mobil telefon aşkarlandığına görə imtahandan xaric edilib.
Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın günlərdə elan olunacaq.
15-03-2026, 16:22
30