Sumqayıtda aşkar olunan mağaralarda insanlar yaşayıblar -VİDEOREPORTAJ



Sumqayıt müasir sənaye şəhəri olsa da, Corat qəsəbəsində yerləşən tarixi memarlıq abidələri və köhnə qəbiristanlıq buranın qədim yaşayış məskəni olmasından xəbər verir.

APA TV-nin məlumatına görə, bu günlərdə isə Dövlət Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin mütəxəssisləri tərəfindən Stansiya Sumqayıt massivində yerləşən mağara kompleksi aşkarlanıb.
Komplekslə tanış olmaq üçün üz tutduq həmin əraziyə. Ərazi Sumqayıt şəhərindən təxminən 10 kilometrlik uzaqlıqda yerləşir. Ərazidə bir neçə mağaranın olması ilə rastlaşdıq.

Tədqiqatçı Faiq Nəsibov APA TV-yə bildirdi ki, mağaralar olan ərazidə yaşayış məskənləri mövcud olub: "Burada bir neçə mağara aşkar olunub. Gəlib bu mağaraları tədqiq edirik. İlkin baxış keçirtmişik, ilkin rəyimizi söyləyə bilərik. Burada daha geniş tədqiqatlara ehtiyac var. Ondan sonra geniş rəy vermək olar. Amma ilkin tədqiqatlara görə, mağaralar təxminən 19-cu, 20-ci əsrdə qurulmuşdur. Konkret olaraq bu mağarada ocaq yeri olub. Və bu mağarada 3-4 nəfər yaşayıbdır. Eyni cür 4-5 belə mağara var”.

Mağaralar aşkarlanan ərazi arxeoloqların da marağına səbəb olub. Arxeoloq İdris Əliyev deyir ki, onlar da ərazidə tədqiqatlara başlayıblar: "Çox güman ki, buradan torpaq aparılıb. Çox güman ki, ya burada işləyən, fəaliyyət göstərən fəhlələr və ya sonralar alman əsirləri burada özləri üçün otaqları düzəldiblər. Yaxud mühafizə sisteminə xidmət edən hərbçilər burada özləri üçün yer düzəldiblər. Burada haradasa uzunluğu 200 metrdən çoxdur. Torpaq buradan çıxıb çökəklik əmələ gəlib burda. Bu otaqları qazıyıb özləri üçün münasib şərait yaradıblar”.
Ərazidə tapılan mağaralarla bağlı yekin rəy isə aparılan tədqiqat işlərindən sonra məlum olacaq




31-10-2022, 11:45 170

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104