"Sumqayıtda Generalın Tələsi: Vaqif Axundovu Xilas edən Polkovnikin Şok Açıqlamaları"

 
"Bir vaxtlar Prezident yanında Xüsusi İdarənin rəisi olmuş, general-leytenant Elman Qəmbərovun qurduğu tələdən Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovu şəxsən xilas etmişəm". Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Milli Qvardiyanın keçmiş komandanı, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov bildirib. O, hadisəni belə nəql edib: "Mənim tabeçiliyimdə olan Milli Qvardiya zabiti, kapitan Məmmədzadə Aydının evindən Sumqayıt şəhərində Elman Qəmbərovun tapşırığı ilə Xüsusi İdarənin əməkdaşları silah sursatı tapmışdılar və dərhal bu barədə Prezdent Heydər Əliyevə məruzə edilmişdi. Mən hansı əzablardan keçərək həmin silah sursatının vaxtilə kapitan Aydın Məmmədzadənin tabeçiliyində olan döyüş bölgəsində şəhd düşmüş döyüş yoldaşlarının üstündə yeganə nişanə qalan sursat olduğunu sübut etdim. Şəhid olanlardan biridə Ülvi adlı Milli Qəhrəman idi. Ülvü döyüş zamanı zirehli texnikanın içində yanmışdı, ondan yeganə nişan qalan zapalsız qranat idi. Aydın Məmmədzadədə səhlənkarlıq edərək həmin zapalsız qranatı Ülvüdən yadigar qalsın deyə evində saxlamışdı.

 
O zaman Aydın Məmmədzadə könülülərdən ibarət döyüşdə iştirak edən Sumqayıt taborunun qərərgah rəisi olmuşdu. Sonradan Milli Qvardiya sıralarına cəlb edilmişdi. Aydın Məmmədzadə dilinin bəlasına düşərək bu barədə bir nəfərə söyləmişdi. Həmin adamda kapitan Məmmədzadə Aydını Xüsusi İdarənin əməkdaşına satmışdı. Elman Qəmbərovun da Vaqif Axundovun yerində gözü vardı. Məmmədzadə Aydını həbs etmişdilər. Bütün bu məlumatları toplayaraq general Vaqif Axundova təqdim etdim. Sonra Vaqif Axundovun tapşırığı ilə Milli Qvardiyanın komandanı, polkovnik Tofiq Rəsulovla bərabər hava limanında ölkənin o zamanki baş prokuroru Eldar Həsənovla görüşdük. Eldar Həsənovun sayəsində Aydın Məmmədzadə məhkəmənin hökmü ilə xidmətdə qalmaq şərti ilə 3 il şərti cəza aldı. Sonralar məlum Xüsusi İdarə ləğv edildi, Milli Təhlükəsizlik Nazirliyinin (bu nazirlik də 2015-ci ildə ləğv edilib - red) tərkibinə verildi. Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov Elman Qəmbərovu işdən qovdu. Vaqif Axundov da Namiq Abbasovun bacısının yoldaşını - polisdə sahə müvəkili işləyib təqaüdə göndərilmiş mayoru Xüsusi Dövlət Mühafizə Xidmətində vəzifəyə təyin edib, rütbə verdi".


5-01-2026, 23:24 149

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104