Bir az Bonapartdır, bir az da fürer...

Napoleon Bonapartın tərbiyəsiz biri olduğunu bilirdinizmi? Bilmirsinizsə, bilin. Stefan Sveyqin kitabında var. Tramp qədər olmasa da, o da ağızdan yava olub, hirslənəndə tabeçiliyində olanlara, düşmənlərinə ağır sözlər deyirmiş – yəqin ki, bizim folklorumuzdakı “var-yox söhbəti” kmi bir şey.

Deyir, bir gün xarici işlər naziri Taleyran nə qələt qarışdırıbsa, Napoleon onu çağırıb yanına, itdən alıb itə verib, adamı hər cür təhqir edib. Taleyran onun yanından pörtmüş halda çıxarkən Napoleonun yavərinə deyib: “Heyf ki, bu dahilikdə adam tərbiyəsizdir”.

Dominant və hövsələsiz olub Наполеон. Onun boyca özündən bir baş hündür olan general Ojeroya dediyi də maraqlı söhbətdir. General nəyə görəsə Napoleona dirəşirmiş. Axırda imperatorun hövsələsi tükənib, deyib, general, elə etmə ki, qılıncımı çəkim, boyumuz arasındakı fərqi götürüm.

Fransız diktatorun haqq-hesablarını yadıma Amerikanın və dünyanın başının bəlasına şevrilmiş Tramp salıb. Neçə gündür, dünya mediası onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana dediyi sözləri müzakirə edir. Bilməyənlər varsa, xatırladaq ki, Tramp MbS-ni nəzərdə tutaraq deyib ki, o mənim gündəyməzimdən öpəcəyini düşünmürdü. (Həmin əza öz dilimizdə daha lakonik və yaxşı səslənir, amma eldən ayıbdır).

İndi dünyanın hər yerində deyirlər ki, bu, biabırçılıqdır, prezident olan, 50 ştatdan ibarət böyük bir superdövləti idarə edən şəxs belə danışmamalıdır. Sanki cırtdan ada dövlətinin başçısı söyə-söyə gəzsə, normal qarşılamaq olar, amma böyük dövlətin başçısına yaraşmaz.

Adam tərbiyəsiz olandan sonra tutduğu vəzifənin, qazandığı milyardların fərqi yoxdur, söyəcək, təhqir edəcək. Gərək adama uşaq vaxtı təkrar-təkrar deyələr ki, pis söz danışmaq olmaz. Hiss olunur ki, Trampa elə söz deyən olmayıb, o da gedib qoşulub Sonninin uşaqlarına pis-pis danışa-danışa yekəlib. İndi hərdən köhnə şakəri kükrəyir, bu da özünü unudur.

Hitler də hirsli və ağır sözlü adam olub. Köhnə kinoxronikalardan da görünür ki, başı çönəndə elə hikkəli-hikkəli danışır ki, saç düzümü də dağılır. O cür hirsli danışan adam mütləq söyüş söyməlidir. Söyməyəcəksə, ta niyə o qədər hirslənir?

Stalini söyüşcül adam demirlər. Hələm-hələm hirslənməzmiş. Arada hiddətlənəndə özünü tez ələ alarmış, amma bir-iki min adam güdaza gedərmiş. Hətta onun xeyli zarafatları da var. Kremldə qələbə ziyafətində Stalin üzünü baş ştabda təchizat işinə baxan bir generala tutub deyib ki, yadındadırmı, yoldaş Petrov, biz o ağır illərdə nikbinliyimizi qoruyur, hətta zarafat da edirdik.

Məlum olub ki, Stalin hər dəfə dəhlizdə Petrovla rastlaşanda ayaq saxlayıb deyirmiş: “Yoldaş Petrov, səni hələ güllələməyiblər?” O yazıq da gəlib bütün gecəni yata bilmirimiş ki, indi gəlib aparacaqlar. 3-4 dəfə belə vəziyyətə düşəndən sonra Petrov vərdiş edib, amma yenə də hər dəfə qorxurmuş. Tərbiyəli zarafat başqa şeydir.

Müasirlərimizdən Putin də hirslənəndə ağır sözlər danışır. Yadınızdadırsa, hələ 20+ il öncə o, tualetdə yaxalanıb öldürülmüş terrorçu barədə demişdi ki, biz onların hamısını “zamoçit” edəcəyik. Bu söz bir neçə il öncəyə qədər mətbuatda və sosial mediada çox təkrarlanırdı, amma indi mümkün deyil, maddəsi ağırdır, “ordunun diskreditasiyası” sayıla bilər.

Bir də Putin Gürcüstanın o vaxtkı prezidenti Saakaşvilini hədələmiş, demişdi ki, onu xayasından asacağıq. Saakaşvili də ona sərt, amma tərbiyəli cavab vermişdi.

Amma Putin dünən Kremldə Paşinyanla mədəni, tərbiyəli davranıb. Hərçənd görüşdən fraqmentlərə baxanda adama elə gəlir ki, bu saat Vladimiroviç ayağa qalxacaq və Vovayeviçin qulağının dibindən bir dənə tutuzduracaq ki, söz güləşdirmə.

Tramp olsa, vallahi, elə edərdi. Keçən il bu vaxtlar Ağ Evdə vitse-prezident Venslə köməkləşərək Zelenskini döyməklərinə bir şey qalmamışdı, kimsə araya girdi. Biabırçılıq olacaqdı.

Sanballı adam başqadır. Məsələn, Çinin lideri Si Cinpin. Həmişə gülümsəyir, həlim-həlim baxır. Adama elə gəlir ki, yoldaş Si arada köməkçilərinə çay-zad da süzür. Kim Çen In da tərbiyəli adama oxşayır, pis söz danışana oxşamır – generalı topun ağzına qoyub atdırdığına baxmayın.

Yoxsa dünya lideri başqa ölkədən olan həmkarına “gəlib səni sürüyərəm” deyəndə cavabı da, əlbəttə ki, “gəlməyən oğraşdır” olacaq. /Musavat


2-04-2026, 11:59 28

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040