Kanadalı hokkeyçilərin Moskvada payladığı müftə saqqız



Ən yeni tarix. Maraqlı faktlar.

Kanadalı hokkeyçilərin Moskvada payladığı müftə saqqız – Stadiondakı sıxlıqda 21 nəfər ölüb.
Moskvadakı “Sokolniki” idman sarayı 14 aprel 1956-cı ildə istifadəyə verilib. Əvvəllər bu sarayın yerində yalnız xokkey oyunlarının keçirilməsi üçün buz meydançası mövcud olub. Elə bu səbəbdən “Sokolniki”ni çox vaxt “buz sarayı” da adlandırıblar. Saray 5530 nəfər tamaşaçı üçün nəzərdə tutulub.
İstifadəyə verildikdən sonra “Sokolniki”də bir çox mötəbər idman tədbirləri keçirilib. Amma bu saray qələbə sevinclərindən, məğlubiyyət məyusluğundan daha çox faciəli bir hadisə ilə yadda qalıb. Həmin hadisə uzun illər ictimaiyyətdən gizlədilib.
1975-ci ildə Kanadanın gənclərdən ibarət “Berri Kap” komandası sovet həmkarları ilə yoldaşlıq görüşü keçirmək üçün SSRİ-yə səfər ediblər. Səfər zamanı 5 görüşün keçirilməsi nəzərdə tutulub. 2 oyun SSRİ-nin gənclərdən ibarət yığmasıyla, 2 oyun Moskvanın “Spartak” klubuyla, 1 oyun isə “Krılya Sovetov” komandası ilə olacaqmış.
Matçların keçirilməsində Kanada xokkeyçilərinə saqqız istehsal edən məşhur Amerika şirkəti “Wrigley” sponsorluq edib. Komanda ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən hər Kanada oyunçusuna 15 kiloqramlıq qutularda şirkətin istehsal etdiyi saqqız verilib. Kanadalı xokkeyçilərin üzərinə düşən vəzifə həmin saqqızları oyun zamanı azarkeş tamaşaçılara pulsuz paylamaq olub. İlk baxışdan çox sadə görünən bu iş sonda böyük faciə ilə nəticələnib.

İlk yoldaşlıq görüşündən sonra “havayı” paylanan saqqız məsələsi moskvalı gənclərə və yeniyetmələrə çatanda, onlar SSRİ-də əlçatmaz sayılan saqqızlardan öz paylarını götürmək üçün “Sokolniki”yə tələsiblər.
10 mart 1975-ci ildə “Sokolniki”də üçüncü yoldaşlıq görüşü keçirilib. Həmin görüşü izləmək üçün saraya 5 minə yaxın tamaşaçı gəlib. Onların arasında məktəblilərin sayı da çox olub. Təbii ki, bu həvəs Amerika saqqızına maraqdan irəli gəib.
Matçın sonunda kanadalı oyunçular saqqızları ovucla tribunalara, tribunalar arası pillələrə atıblar. Saqqız yağışına düşən tamaşıçılar bu “səxavət”dən yararlanmaq üçün özlərini qabağa atıblar. Şahidlərin söylədiklərinə görə, onların əksəri 11-16 yaşlı məktəblilər olub. Hətta bəzi məktəblilər öz əyləşdikləri sıralarından bir neçə sıra qabağa tullanaraq paylarını götürməyə can atıblar. Tribunalarda elə sıxlıq yaranıb ki, yıxılanları tapdalamaqdan yayınmaq mümkün olmayıb. Həm də eyni zamanda tribunalardakı taxta oturacaqlar çökməyə başlayıb.
İkinci bir sıxlıq isə “Sokolniki”nin ikinci çıxışının qarşısına yaranıb. Kanadalıların avtobuslarının dayandığı yerdə də saqqızlar ovucla göyə atılıb. Az qala biri-birinin üstünə çıxan yeniyetmələr ayaqları altında qalan həmyaşıdlarını hiss etməyiblər.
Milisin və sarayın mühafizəçilərinin müdaxiləsi sıxlığı aradan qaldıra bilməyib. Yalnız ərazidə qan gölməçələri göründükdən sonra saqqızları ciblərinə dolduran gənc tamaşaçılar hadisə yerindən uzaqlaşmağa başlayıblar.
Hadisə yerinə əlavə milis qüvvələri cəlb edilib, 30-dan artıq təcili tibbi yardım maşınları “Sokolniki”yə yardıma tələsib. Növbəti problem də məhz bu zaman yaranıb. Həkim və milislərin maşınları saraya daxil olmaqda çətinlik çəkiblər. Belə ki, sarayın dörd girişindən ikisi bağlı olub. Onlar “Sokolniki”nin direktoru Aleksandr Borisovdan giriş darvazalarının açarlarını almaq istəyəndə, onu yerində tapmayıblar.
Ümumiyyətlə, həmin gün direktor səhər saatlarında iş yerinə baş çəkib və bir daha saraya qayıtmayıb. Direktor müavinini də yerində tapmaq mümkün olmayıb. Sarayın işçilərindən yalnız inzibatçı və elektrik tapılıb və onlar da ayaq üstə dayana bilməyəcək dərəcədə sərxoş olublar.
“Sokolniki”də saqqız uğrunda gedən mübarizədə 21 nəfər həyatını itirib, yüzlərlə tamaşaçı müxtəlif dərəcədə bədən xəsarəti alıb.
“Sokolniki” idman sarayında baş verən faciəli hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmə sarayın direktorunu, ərazidə yerləşən 79-cu milis bölməsinin və post-patrul xidmətinin rəisini 3 il azadlıqdam məhrumetmə cəzasına məhkum edib. Moskva şəhər İdman Komitəsinin idman kompleksləri şöbəsinin müdiri Nikolay Kozırin vəzifəsindən azad edilib. Həmin ilin dekabr ayında cəza alanların hamısı amnistiya ilə cəzalarından azad olunublar.
“Saqqız faciəsi”ndən sonra “Sokolniki” uzun müddətli təmirə bağlanıb. 1980-ci ildə Moskvada keçiriləcək olimpiya oyunları nəzərə alınaraq sarayda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.
Məhz bu hadisədən sonra sovet rəsmiləri SSRİ-də saqqız istehsalı haqqında da düşünüblər. Artıq 1976-cı ildə su və şirniyyat köşklərində SSRİ istehsalı olan çiyələkli, portağallı saqqızlar görünməyə başlayıb.
Amerika saqqızlarına görə həyatlarını ölüm təhlükəsi qarşısında qoyan yeniyetmələr sovet saqqızlarını cəmisi 60 qəpiyə əldə ediblər.
İlham Cəmiloğlu

14-04-2022, 10:10 371

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961