Çurbanovun sayıqlaması - Qorbaçov onun dediklərini ləngimədən Andropova çatdırıb


Ən yeni tarix. Maraqlı faktlar.

Kefli Çurbanovun sayıqlaması - Sayıq Qorbaçov onun dediklərin ləngimədən Andropova çatdırıb.
Mixail Qorbaçovun Stavropol diyar partiya komitəsində birinci katib vəzifəsində işləməsi onun gələcək siyasi karyerasında böyük rol oynayıb. O, məhz burada, bu vəzifədə olarkən yüksək ranqlı Kreml məmurlarının, demək olar ki, hamısına yol tapıb. Belə ki, SSRİ-nin əsas kurort şəhərləri Stavropol diyarı ərazisində yerləşib, bu kurort şəhərlərində isə baş katiblər, Mərkəzi Komitənin katibləri və şöbə müdirləri, nazirlər və komitə sədrləri hər il müalicəyə və istirahətə gəliblər.
Qorbaçov qonaqlarını qarşılamaqda, onlara xidmət göstərməkdə, ziyafətlərin təşkilində yüksək peşəkarlıq nümayiş etdirib. Hətta o, səs-küylü məclisləri sevməyən, zəngin süfrə və alkoqoldan uzaq olan Yuri Andropovla da isti münasibətlər yaratmağı bacarıb. Özü bu ortamı belə təsvir edib: “Biz Andropovla təbiətin qoynuna çəkilirdik, sakitlik, kiçik bir ocaq və səmimi söhbət...”.
Bütün bu münasibətlər, ziyafətlər, qeyri-rəsmi şəraitdəki görüşlər Kreml kabinetlərini Qorbaçovun üzünə taybatay açıb. Araşdırmaçıların qənaətinə görə, Qorbaçov Stavropolda birinci katib işləyəndə yalnız ölkənin daxili işlər orqanları ilə yaxınlıq edə bilməyib. Qorbaçovla Andropovun yaxın olması daxili işlər naziri Nikolay Şelokovun diqqətindən yayınmayıb və nazir məqam düşdükcə Stavropolda öz “gücünü” göstərib.
Qorbaçov bu məsələni də peşəkarlıqla həll etməyə nail olub. O, özünü Daxili İşlər Nazirliyinin təhlükələrindən sığortalamaq üçün Yuri Çurbanovdan istifadə edib. Stavropol kurortları Çurbanovun və həyat yoldaşı Qalina Brejnevanın da sevimli məkanlarından biri olub. Qorbaçov cütlüyün istirahətə gəldiyini eşidəndə xüsusi hazırlıq görüb. Həm Çurbanovun, həm də Qalina Brejnevanın alkoqola meylliliyi Qorbaçovun işini xeyli yüngülləşdirib. Gecə yarıyadək davam edən ziyafətlər, dolub-boşalan qədəhlər birinci katiblə nazir müavini arasında səmimi bir ortam yaradıb.
Məhz həmin ərəfədə Çurbanov bir çox mötəbər məclislərdə Qorbaçov haqqında yüksək fikirlər söyləyib, onu səmimi dost kimi təqdim edib. Sözsüz ki, Brejnevin kürəkəninin bu cür təqdimatı Qorbaçovun vəzifə mövqelərini daha da möhkəmlədib.
Qorbaçov-Çurbanov dostluğunun “səmimiyyəti” uzun sürməyib. Çurbanov və Qalina Brejnevanın 1978-ci ilin yayında Stavropola növbəti səfəri Qorbaçovda ciddi narahatlıq yaradıb.
Bu səfər zamanı da Qorbaçov qonaqları üçün yüksək səviyyədə hazırlıq görüb. Bir həftəlik istirahətin sonuncu günü onun verdiyi ziyafət gecə saat 4-ə qədər davam edib. Alkoqolun təsiri o qədər “səmimi” mühit yaradıb ki, Çurbanov gələcək planlarından da danışıb, qeyd edib ki, baş katib gələcəkdə onu öz yerində görür və bu haqda fikrini artıq bildirib. Bu açıqlamalar Qorbaçovun sərxoşluğunu sovuşdurub.
O, məsələyə tam aydınlıq gətirmək üçün Çurbanovun sərxoşluğundan istifadə edərək sualı suala calayıb. “Bu dəqiq məsələdir?”, “Baş katib bunu kimin yanında söyləyib?” və digər bu kimi suallara Çurbanov əminliklə cavab verib:
“Baş katib qohumcanlı və mehriban adamdır. Amma təəssüf ki, günü-gündən səhhətindəki problemlər artır. Mərkəzi Komitədə kadr yenilənməsi qaçılmazdır. Brejnev bu haqda ciddi düşünür. Mənim yubileyimdə də bu məsələ müzakirə olundu. Şelokov (daxili işlər naziri), Sviqun (DTK sədrinin müavini), Oqarkov (baş qərargah rəisi), Pastuxov (ümumittifaq komsomol komitəsinin birinci katibi), Tyejelnikov da (Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin müdiri) həmin tədbirdə iştirak edirdi. Yoldaşlar mənim varis məsələmi alqışladılar...”
Çurbanovun bu fikirləri kefli başla, yaxud da ciddi deməsini müəyyənləşdirmək mümkün olmayıb. Qorbaçovun həmin ziyafətdə iştirak edən köməkçisi Kaznaçeyev belə hesab edib ki, Çurbanov bu fikirləri ilə öz nüfuzunu qaldırmaq istəyib və arzuladıqlarını dilə gətirib. Onun fikrincə, Brejnevin Çurbanovla bağlı belə bir planı olmayıb.
Varis məsələsinin nə qədər doğru olub-olmamasına baxmayaraq Qorbaçov qonaqlarını yola saldıqdan bir neçə gün sonra Moskvaya yollanıb. Yuri Andropovu və Mixail Suslovu məsələ ilə bağlı məlumatlandırıb. Qorbaçovun bu çevikliyini Andropov yüksək qiymətləndirib. Elə həmin ilin dekabrında Andropovun səyi nəticəsində Qorbaçov Mərkəzi Komitəyə təyinat alıb.
Birincilik uğrunda isə mübarizə davam edib. Andropov bütün rəqiblərini üstələyərk baş katib kürsüsünə sahib olmağı bacarıb. O, nə vaxtsa ona rəqib sayılan Çurbanova toxunmayıb, onu yanına dəvət edərək “nə qədər ki, mən sağam, sizə heç kim toxunmayacaq” deyə münasibətini də bildirib. Amma Qorbaçov Çurbanovun birincilik iddiasını bağışlamayıb. 1985-ci ildə hakimiyyətə gəldikdən iki il sonra Qorbaçov Çurbanovu korrupsiyada ittiham edərək dəmir barmaqlılar arasına göndərib.
İlham Cəmiloğlu.

28-04-2022, 17:50 268

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961