Baykonurun şəklini çəkmək istəyən ABŞ pilotu



Ən yeni tarix. Maraqlı faktlar.

Baykonurun şəklini çəkmək istəyən ABŞ pilotu – Onu həbs edib, kəşfiyyatçı Abellə dəyişdiriblər.
62 il öncə, 1960-cı ilin mayın 1-də minlərlə insan bayram nümayişi zamanı Qırmızı meydandan keçərək Mavzoley tribunasında dayanan sovet liderlərini salamlayanda, yəqin ki, nə Nikita Xruşovun, nə müdafiə naziri marşal Rodion Malinovskinin, nə də DTK sədri Aleksandr Şelepinin gərgin vəziyyətdə olduqlarını hiss etməyiblər. Hiss olunan yalnız o olub ki, onlar bayram tədbirinə qatılanlara əl edə-edə, hansısa bir ciddi məsələ haqqında aralarında müzakirə aparırlar.
Bayram günündə SSRİ rəhbərləri niyə belə gərgin vəziyyətdə olublar? Birincilərin narahatlığına səbəb nə olub?
Adəti üzrə Nikita Xruşov səhərlər saat 7-də yuxudan durub. Onu oyatmağa heç vaxt ehtiyac olmayıb, nə yataq otağının qapısı döyülüb, nə də zəngli saatdan istifadə olunub. 1960-cı ilin mayın 1-də isə Xruşovun bağ evində zəng səsi eşidilib. Amma saat zəngi yox, telefon zəngi. Səhərə yaxın saat 5-45-də SSRİ-nin müdafiə naziri marşal Malinovski Xruşovu yuxudan oyatmaq məcburiyyətində qalıb.
Nazir Xruşova Amerika Birləşmiş Ştatlarına məxsus U-2 təyyarəsinin heç bir xəbərdarlıq olmadan SSRİ-nin dövlət sərhədini pozduğu haqqında məruzə edib. Xruşov dərhal Kremlə yollanıb. Artıq 25 dəqiqədən sonra yüksəkçinlilər onun kabinetində hansı addımların atılacağını müzakirə ediblər.
Əldə olunan ilkin məlumata görə, təyyarə Pakistan istiqamətindən SSRİ-yə doğru istiqamət alıb, sərhədi Tacikstan tərəfdən keçib, SSRİ-yə giriş edəndə təyyarə 20 km hündürlükdə uçub. Nəzərə alınıb ki, zenit raketləri bu məsafədən onu vura bilməyəcək. Mütəxəssislər xüsusilə onu da qeyd ediblər ki, U-2 hərbi təyinatlı təyyarədir.
Bir saatdan artıq davam edən müzakirələrdə yekun qərar çıxarılıb. Xruşov Malinovskiyə göstəriş verib:
- Bütün mümkün variantlardan, mövcud hərbi texnikalardan istifadə edərək təyyarə məhv edilməlidir.
Hava hücumundan müdafiə və hərbi hava qüvvələri əməliyyata başlayıb. MiQ-19-lar havaya qaldırılıb. Raket qurğuları işə salınıb. 8 raket atəşi cəhdindən sonra, nəhayət, saat 8-53-də hədəf məhv edilib.
Təyyarənin vurulması 57-ci zenit-raket briqadasının nəzarət etdiyi ərazidə baş verib. Briqada komandiri əməliyyatdan sonra müdafiə nazirinə “məxfi” və tam sürətli teleqram göndərib: “Məruzə edirəm ki, sizin əmrinizə əsasən, SSRİ-nin dövlət sərhədlərini pozan U-2 təyyarəsi 1 may 1960-cı ildə Moskva vaxtı ilə saat 8-53-də məhv edilmişdir. Təyyarənin vurlması xüsusi cihazlarda öz əksini tapmışdır. Həmin təsdiq sənədləri əlavə olaraq sizə göndəriləcək.
Mayor Voronov”
Mühərrikin alışdığını görən təyyarənin pilotu Frensis Pauers özünü xilas etməyi bacarıb. Paraşütünün açılış düyməsini basmağa macal tapan pilot heç bir zədə almadan Svedlovskdan 30 km aralıda yerləşən Povarnya kəndi yaxınlığında yerə düşüb. Yerdə onu ilk olaraq bir neçə kənd sakini qarşılayıb. Partlayışın səsini eşitdikdən sonra onlar elə düşünüblr ki, paraşütdə enən sovet pilotudur və kömək məqsədilə ona yaxınlaşıblar. Az sonra isə yerli milis və DTK əməkdaşları hadisə yerində olublar.
Frensis Pauers Moskvaya aparılıb. Məlum olub ki, o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşıdır. İlk dindirmə zamanı Pauers SSRİ-yə hansı məqsədlə “təşrif” buyurmasını gizlətməyib. Uçuşun məqsədi Sovet İttifaqının hərbi və sənaye obyektlərinin, o cümlədən Baykonur təlim poliqonunun və Arzamas-16 nüvə silahlarının inkişafı mərkəzinin fotolarını çəkmək olub.
Bu hadisə ABŞ-la SSRİ arasında növbəti gərginlik yaradıb. Amerika prezidenti Duayt Eyzenhauer pilotun uçuş üçün uyğun olmayan şəraitdə səhvən istiqamətini dəyişdiyini bəyan edib. SSRİ tərəfi isə pilotun ifadələrini, üstündə tapılan xəritə və digər sənədləri sübut kimi ortaya qoyaraq əsl həqiqəti bütün dünyaya nümayiş etdirib. Xruşovun növbəti məşhur bir ifadəsi də məhz bu hadisə zamanı yaranıb: “Dünya şahid oldu ki, biz Eyzenhauerin burnunu necə ovduq”.
Pilotun Amerikada yaşayan valideynləri övladlarının əfv olunması ilə bağlı Xruşova müraciət ediblər. Həmin müraciətə Nikita Xruşov məktubla belə cavab verib: “Sizə məlumat verməyi özümə borc bilirəm ki, sizin oğlunuz SSRİ qanunları ilə mühakimə olunacaq. Qanun qanundur və mən məhkəmənin işinə qarışmaq iqtidarında deyiləm. Əgər oğlunuzu görmək istəyirsinizsə, mən sizin SSRİ-yə gəlməyinizə kömək edə bilərəm...”
Beləliklə, amerikalı pilot sovet qanunları ilə mühakimə olunub. Məhkəmədə dövlət ittihamçısı qismində SSRİ-nin baş prokuroru Roman Rudenko çıxış edib. Məhkəmə Frensis Pauersi 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Qeyd edək ki, məhkəmə prosesi İttifaqlar Evinin sütunlu zalında keçirilib.
1962-ci ildə ABŞ və SSRİ arasında əldə olunmuş razılığa əsasən, ABŞ-da 32 il həbs cəzasına məhkum olunmuş sovet kəşfiyyatçısı, polkovnik Rudolf Abellə Frensis Pauers dəyişdirilib.
Amerikaya qayıtdıqdan sonra Frensis Paures “Uşuş əməliyyatı” adlı xatirələr kitabını yazıb.
Mərkəzi Kəşfiyyat İdarəsindən tərxis olunan Paures 1970-ci ilə qədər özəl şirkətlərdə pilot kimi çalışıb. 1971-ci ildən KNBC televiziya şirkətində şərhçi kimi fəaliyyətə başlayıb. 47 yaşlı Paures 1 avqust 1977-ci ildə şirkətə məxsus vertolyotla Santa-Barbarada baş verən yanğınların çəkilişindən qayıdarkən qəzaya uğrayaraq həlak olub.
İlham Cəmiloğlu.

3-05-2022, 13:00 230

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005