Səbinə Salmanova: “Prezidentin çıxışı elmi mühit üçün çağırışdır”

 Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında iştirakı dövlətimizin başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir.

Ölkə başçımızın orada səsləndirdiyi fikirlər elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj idi. Bu baxımdan, Prezidentin çıxışını “yol xəritəsi” adlandırmaq tam yerinə düşür. Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var:

“Məhz onun dövlətçilik zəkası, uzaqgörən siyasəti və milli düşüncəyə əsaslanan yanaşması nəticəsində ölkədə elmin inkişafı üçün möhkəm ideoloji, maddi və institusional baza formalaşmışdır. Ümummilli Lider elmi yalnız bir fəaliyyət sahəsi kimi deyil, xalqın gələcəyi, milli düşüncənin, intellektual potensialın və dövlət müstəqilliyinin dayağı kimi qiymətləndirirdi. Ulu Öndər Azərbaycan elminə münasibətdə hər zaman prinsipial mövqe nümayiş etdirib. O, sovet dövründə belə milli elmi mühitin qorunması, Azərbaycan alimlərinin beynəlxalq səviyyədə tanınması və elmi tədqiqatların milli maraqlara xidmət etməsi üçün ardıcıl siyasət yürüdüb. Müstəqillik illərində isə Heydər Əliyev bu siyasəti yeni mərhələyə yüksəldərək, elm və təhsili dövlət quruculuğunun əsas sütunlarından biri elan edib. Cənab Prezident İlham Əliyevin də bugünkü çıxışında qeyd etdiyi kimi, “Bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bir sıra strateji əhəmiyyətli məqamlara toxundu və onlardan biri də süni intellekt sahəsi ilə bağlı idi:

“Dövlətimizin başçısı qeyd etdi ki, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır. Bu fikirlər bir daha göstərir ki, Prezident İlham Əliyev elmin müasir çağırışlarını dərindən təhlil edir və ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyanın və rəqəmsallaşmanın rolunu xüsusi vurğulayır”.

S.Salmanova bildirib ki, hazırda süni intellekt Azərbaycanda dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib:
“Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası” bu sahənin inkişafına sistemli və ardıcıl yanaşmanın bariz nümunəsidir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu, dövlətin gələcəyə baxışını, elmi yeniliklərə açıq siyasətini və Azərbaycanı regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevirmək məqsədini əks etdirir”.

Parlamentari deyib ki, Azərbaycan lideri həmçinin çıxışında vurğuladı ki, bir neçə gündən sonra tarixi Zəfərimizin beş illiyi münasibətilə hərbi parad təşkil ediləcək.

Deputat bildirib ki, ölkə başçısının bu bəyanatı xalqımızın birliyinin və dövlətimizin qüdrətinin rəmzidir:

“Beş il əvvəl, 2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradı Azərbaycan tarixində milli qürurun, Ordumuzun gücünün və xalqımızın iradəsinin təntənəsi olmuşdu. 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın suverenliyinin tam bərpa edildiyini dünyaya bəyan etdi. Bir neçə gündən sonra Azadlıq meydanında keçiriləcək yeni hərbi parad isə dövlətçilik tariximizdə böyük və qürurverici hadisə kimi dəyərləndirilir. Bu parad yalnız hərbi gücün nümayişi deyil, həm də xalqın qələbə ruhunun, milli həmrəyliyinin və gələcəyə inamının ifadəsidir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə hər zaman fəxr edəcək. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsidir. Bu Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin əbədi və dönməz qüdrətinin təsdiqidir”.


3-11-2025, 16:59 162

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041