Beynəlxalq Əlillər Günündə "Expressbank"ın peşə bayramı təbriki? (SÖZARDI)-FOTO

 

Bankların etik dilemmalarının sərhədi hara qədərdir?

Son illər bankların və müxtəlif kommersiya qurumlarının SMS marketinqi geniş vüsət alıb. Əslində bu, müştəriyə operativ informasiya çatdırmağın rahat üsuludur. Lakin bəzən belə mesajların məzmunu elə olur ki, cəmiyyətdə sual doğurur. Məsələn, bu gün - heç bir peşə bayramı ilə əlaqəsi olmayan 03.12.2025-ci il tarixində telefonuma göndərilən “Peshe bayraminiz mubarek! KOMISSIYASIZ Nagd kredit ve diger bankdaki kreditini bize getirmekle 3%-dek endirim seni gozleyir: 2-11 dekabr. Etrafli: filan linkdə” tipli mesajlar kimi...

3 dekabr tarixi bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Özlüyümdə düşündüm, bəlkə SMS yanlış gedib və əlilliyi olan hər hansı şəxsə yönəldilməli imiş. Amma tutaq ki, belə olardısa, axı bu peşə bayramı deyil, beynəlxalq gündür.
Bu cür günlərin xüsusilə qolobal səviyyədə qeyd olunması cəmiyyətdə bərabərlik və inklüzivlik dəyərlərinin möhkəmlənməsinə mənəvi stimul verir. Bu gün insanlara fiziki və sosial baryerlərin ayrı-seçkilikdən daha çox birgə məsuliyyət olduğunu xatırladır. Əlilliyi olan şəxslərlə empati qurmaq, onların gündəlik çətinliklərini anlamaq və dəstək olmaq sosial birlik hissini gücləndirir, cəmiyyət daxilində müsbət münasibət formalaşdığı üçün psixoloji rahatlıq, hörmət və qarşılıqlı anlayış artır.
Amma SMS-in məqsədi başqadır...

Bu cür təbriklərin əsas məqsədi təbrik etməkdən daha çox, diqqəti cəlb edib arxasınca reklam təklifi göndərməkdir. Bankın təklifi “komissiyasız kredit”, “güzəştlər”, “endirimlər” kimi cazibədar ifadələrlə davam edir. Amma burada bir məqam ortaya çıxır: etika harda bitir, marketinq harda başlayır?

Yəqin razılaşarsınız ki, konkret peşəyə aid olmayan, heç bir rəsmi və ya qeyri-rəsmi bayramla əlaqəsi olmayan günlərdə “peşə günü” adı ilə təbrik göndərmək düzgün yanaşma sayılmır. Çünki bu, həm müştəridə çaşqınlıq yaradır, həm də təbrik anlayışını reklam məqsədi ilə manipulyasiya edir. Peşə bayramları ölkədə müəyyən sahələrə hörmət və dəyəri ifadə edir. Onları kommersiya alətinə çevirmək isə bir çoxlarına görə peşə etikası ilə ziddiyyət təşkil edir.

Marketinq mütəxəssisləri isə məsələyə bir qədər fərqli yanaşır. Onların arqumentinə görə, bu cür təbriklər standart reklam mesajlarından daha emosionaldır və müştəri diqqətini daha yaxşı çəkir. Amma burada vacib hədd var: emosional müraciət həqiqəti əvəz etməməlidir. Yalan və ya uydurma məzmunlu SMS-lər marka etibarına uzunmüddətli zərbə vura bilər.

Qanunvericilik baxımından isə problem daha çox etik çərçivədədir. Reklam haqqında qanunlar yanlış məlumatın verilməsini qadağan etsə də, “peşə bayramınız mübarək” ifadəsinin hüquqi məsuliyyət yaratması çətindir. Lakin bank sektoru kimi yüksək etibar tələb edən bir sahədə belə yanaşma, heç şübhəsiz ki, ictimai gözləntilərlə uzlaşmır.

Məsələnin ən önəmli tərəfi isə müştərinin özünü dəyər verilən deyil, manipulyasiya edilən biri kimi hiss etməsidir. Cəmiyyətin banklardan gözləntisi sadədir: aydınlıq, şəffaflıq və dürüstlük. Həqiqətə uyğun olmayan bəhanələrlə kredit təklifi göndərmək isə bu prinsiplərlə üst-üstə düşmür.

Məsələ ilə bağlı "Ekspressbank"la əlaqə saxladıq. Bildirildi ki, "...hazırda 6 dekabr Rabitə İşçilərinin Peşə Bayramı münasibətilə kampaniya var və bu sahədə çalışanlara SMS göndərilib".

Qəribədir. Amma mən rabitə işçisi deyiləm və mesajda rabitə peşəsi barədə heç nə qeyd olunmamışdı. Əcəba bu qeyri-müəyyən dara banka hansı resurslardan daxil olub?!

Nəticə olaraq, SMS marketinqi şirkətlər üçün güclü vasitə olsa da, onun məzmunu mütləq etik sərhədlər daxilində qalmalıdır. Təbrik mesajı – təbrik olmalıdır, reklam isə reklam. Bu iki xətti qarışdırmaq yalnız müvəqqəti diqqət qazandırır, amma uzunmüddətli etibar itkisinin qarşısını ala bilmir.


P.S. İndilərdə bir də araşdırdım, görəsən bu tarixdə başqa bir ölkədə hər hansı peşə bayramı qeyd olunur?! Sən demə, Kubada həkimlərin peşə bayramı imiş. Allahdan bütün dünyada əlilliyi olan şəxslərə və həkimlərə sağlıq və firavan həyat arzulayıram! Marketoloqlarımıza isə divergent təfəkkür və yaradıcı təxəyyül uğurları!


Elnur Ağayev

 


3-12-2025, 22:37 70

Digər xəbərlər

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:44
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019