Mikayıl Abdullayevin 100 illiyinə həsr olunan “Həyata sevgi ilə” sərgisi

 


Dekabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisinin açılış keçirildi. SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur.

Sumqayit.tv xəbər verir ki, sərgini açıq elan edən Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev diqqətə çatdırdı ki, muzeyin kollektivi Mikayıl Abdullayevin 100 illik yubileyinə böyük məsuliyyət və sevgi ilə hazırlaşıb.  Sərgidə görkəmli rəssamın 190-a yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur. Vernisajda “Axşam”, “Sevinc”, “Azərbaycan tarlalarında”, “Saədət qurucuları”, “Mingəçevir işıqları”, “Hindistan anası”, “Çəltikçi qızlar” tematik tabloları, “C.Cabbarlı”, “Y.Məmmədəliyev”, “M. P.Vaqif”, “M.F.Axundzadə”, “Yazıçı H.Seyidbəyli”, “Şair S.Rüstəm”  portretləri yer alıb. Ekspozisiyada həmçinin Əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun müəllifi olduğu, Mikayıl Abdullayevin obrazı canlandırılan heykəltəraşlıq kompozisiyası da sərgilənir.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Mikayıl Abdullayevin Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərindən söz açdı. Dedi ki, Azərbaycan incəsənətində elə şəxslər vardır ki, onların hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq mədəniyyətimizin tarixinə əbədi olaraq öz adlarını qızıl hərflərlə yazıblar. Bunlardan biri də SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevdir. O, bir çox beynəlxalq mükafatların laureatı olub. Fırça ustası ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb.
Nazir bildirdi ki, Mikayıl Abdullayevin ilham mənbəyi, yaradıcılığının təməli doğma vətəni Azərbaycandır. Rəssamın “Azərbaycan doğma Vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” sözləri də bunun əyani sübutudur. O, yaradıcılığında milli-mənəvi ənənələri əks etdirməklə yanaşı, hər zaman bəşəri dəyərlərə, ideallara da geniş yer verib. Sənətkar Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və bir çox başqa ölkələrdə olduğu zaman gördüyü maraqlı anları, insanların həyat tərzini, mədəniyyətini əks etdirən silsilə əsərlər yaradıb. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və digər ölkələrin muzeylərində ən dəyərli eksponatlar kimi qorunub saxlanılır.
Anar Kərimov Prezident İlham Əliyev tərəfindən bu il mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində müstəsna xidmətləri olan bir çox şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə əlaqədar sərəncamlar imzalandığını qeyd etdi. Bildirdi ki, Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2021-ci il tarixli sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər həyata keçirilib. Hazırda Mikayıl Abdullayevin yaradıcılığını özündə əks etdirən nəfis tərtibatlı kataloq üzərində son tamamlama işləri aparılır və yaxın günlərdə işıq üzü görəcək. Həmçinin rəssamın mərmərdən büstü hazırlanaraq Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib.
Nazir çıxışının sonunda dedi: “Mikayıl Abdullayevin əsərləri zamanın bütün sınaqlarından keçərək hələ uzun illər boyu sənətsevərləri ruhlandıracaq. Sənətkarın həyat yolu isə gələcək nəsillər üçün seçdikləri peşəyə məsuliyyətli və fədakar yanaşması baxımından hər zaman nümunə olacaq”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışı zamanı Mikayıl Abdullayevin yaradıcılıq özünəməxsusluğu barədə danışdı. Bildirdi ki, o, ictimai xadim kimi hər zaman insanların köməyinə çatıb, xeyirxah əməlləri ilə qəlblərdə iz salıb.
Rəssamın oğlu Cəmil Abdullayev Prezident İlham Əliyevə atasının irsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi. O, həmçinin silsilə tədbir və layihələrin gerçəkləşməsinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi.
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsildi və qonalar geniş və xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiya ilə tanış oldular. Ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevun rəngarəng sənət duyumunu əks etdirir.
Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi mart ayına qədər davam edəcək.



23-12-2021, 13:18 450

Digər xəbərlər

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Dünən, 16:45
Dünən, 16:34
Dünən, 16:00
Dünən, 15:40
Dünən, 15:28
Dünən, 15:23
Dünən, 12:09
Dünən, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 963