“20 Yanvar” stansiyasının keçidindəki ticarət niyə yığışdırılmır? - FOTO



Əksər metro keçidlərində qərara uyğun olaraq ticarət qadağan olunsa da, “20 Yanvar” stansiyasının keçidində ticarət hələ də ləğv olunmayıb.

 Metro keçidinin giriş qapısından kənar ərazidə ticarət köşkləri indiyə qədər fəaliyyətini davam etdirir. Hansı ki, ticarət köşklərinin yaratdığı sıxlıq metrodan istifadə edənləri ciddi narahat edir. Vətəndaşlar metrodan həm də keçid kimi istifadə edir. Amma ticarət köşklərinin yaratdığı sıxlığa görə xeyli sərnişin keçidlərdən istifadədən imtina edir. 
Xatırladaq ki, uzun illər əvvəl paytaxtdakı metro keçidlərində təmizləmə aparıldı. Xeyli sayda metro stansiyalarının çıxışlarında biabırçı vəziyyət hökm sürürdü ki, bu da çoxlarını narahat edirdi.
Hazırda həmin yerlərdə müəyyən səliqə-sahman var. Müşahidə apardığımız “Əhmədli”, “Neftçilər”, “Gənclik”, “Nizami”, “Elmlər Akademiyası”, “Qara Qarayev” və digər metro stansiyalarında əczaçılıqdan başqa heç bir ticarət köşkləri fəaliyyət göstərmir. Əhali metro keçidlərindən rahatlıqla istifadə edir. “20 yanvar” metro stansiyasının keçidindəki mənzərə isə ifadə ediləsi deyil.
İndiki halda ən acınacaqlı vəziyyət şəhərin ən gur və sıx yeri hesab olunan bu stansiyanın keçidləridir. Satıcı və alıcıların səs-küyündən, sıxlıqdan hərəkət etmək mümkünsüzdür. Pik saatlarda isə vəziyyət daha da kritik olur. 
Maraqlıdır, qərara uyğun olaraq ticarətlə bağlı qadağaya niyə metronun “20 yanvar” stansiyasında əməl olunmur? 
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bu obyektlərin işləməsinin səbəbini sözügedən ərazinin metroya aid olmaması ilə izah edib.
Qurum rəsmisinin sözlərinə görə Metropoliten orada hər hansı tənzimləməni həyata keçirmək səlahiyyətində deyil:
“Amma Metropolitenə aid olan bütün keçidlərdə sərnişin axını və onun təhlükəsizlik məsələləri nəzərə alınaraq vahid tənzimləmələr həyata keçirilir”.
Bakı Şəhər İcra Hakimiyyətindən də sözügedən ticarət obyektlərinin quruma aidiyyəti olmadığı bildirilib: 
“20 yanvar” metro stansiyasının keçidinin nə mülkiyyətinə, nə də ticarətinə cavabdehik”, - deyə qurumdan qeyd olunub.
Əslində bu cür keçidlərdə sıxlıq olması təhlükəsizlik qaydalarına da ziddir. İstənilən fors-major hallar burada ciddi problemlərə da səbəb ola bilər. 



20-09-2022, 11:15 171

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041