Bakıda ətin qiymətləri kəskin bahalaşıb.
Sumqayit.tv xəbər verir ki, hazırda qəssabxanalarda sümüklü dana əti 13 manatdan 14-15 manata, sümüksüz dana əti isə 15 manatdan 16-17 manata qalxıb.
Quzu əti 16 manata satılır.
Ən çox bahalaşma toyuq ətində müşahidə olunur. Belə ki, “kənd toyuğu” adı ilə satılan toyuq artıq 9-10 manata təklif edilir. İndiyə qədər 6-7 manat idi.