Azərbaycana turist kimi gələnlər işçi qüvvəsinə çevrilərək yerli əhalini işsizləşdirir? - AÇIQLAMA




Sentyabr ayında Azərbaycana gələn əcnəbilərin sayı 158 803 nəfər təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 faiz və ya 86 115 nəfər çoxdur. Belə ki, keçən il ölkəyə sentyabr ayında 72 688 nəfər turist səfər edib. Ümumilikdə isə cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1 162 949 əcnəbi gəlib. Bu isə 2021-ci illə müqayisədə 126 faiz və ya 647 669 nəfər çoxdur. Ən çox turistin gəldiyi ölkələr isə Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandır (5432).
Yaşanan turist axınını Bakının mərkəzi küçələrdə gəzərkən də rahatlıqla müşahidə etmək mümkündür. Onların sayının artması isə bir tərəfdən ölkədə turizmin inkişafına təkan verirsə, digər tərəfdən kirayə mənzil bazarında bahalaşma ilə müşayiət edilir. O səbəbdəndir ki, artıq “28 May”, “Sahil” metro stansiyaları yaxınlığında normal təmirli, 2-3 otaqlı evləri 1000 manatdan aşağı qiymətə tapmaq müşkül məsələdir. Lakin son vaxtlar əcnəbi sayının artmasının ölkədə yerli vətəndaşların işsizlik faizinin artmasına təsir etdiyinə dair də iddialar var. 
Maraqlıdır, hazırda Azərbaycanda nə qədər əcnəbi işçi var?
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Oxu.Az-a açıqlamasında bildirib ki, cari ildə Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazəsi alan və iqtisadiyyatın müxtəlif sahələrində çalışan əcnəbilərin 1 oktyabr tarixinə olan sayı 7064 nəfərdir.

Bəs görəsən, doğrudamı bu şəxslər ölkədə işsizlik faizinin artmasına təkan verir? 
Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Elçin Süleymanov qeyd edib ki, Azərbaycanda əcnəbilərin işə qəbul edilməsi qanun çərçivəsindədir:

“Onlar Dövlət Miqrasiya Xidmətindən müvafiq iş icazəsi almalıdır. Hər il əcnəbilərin Azərbaycanda işləməsi üçün kvota müəyyənləşir. Bu, təxminən 5-6 min nəfər civarındadır. Məsələn, 2022-ci ildə beş minə yaxın əcnəbiyə Azərbaycanda işləmə icazəsi verilib. Təbii ki, onlara işləmə icazəsi verilərkən müəyyən nüanslara baxılır, onun ixtisasının, həqiqətən də strateji əhəmiyyətli olub-olmaması, Azərbaycanda tapılıb-tapılmaması nəzərə alınır.  Bir başqa nüans isə dillə bağlıdır. Amma həmin əcnəbilərin sayı yerli işçilərin sayını keçməməlidir. Bu məsələ qanunvericilikdə kifayət qədər ciddi tənzimlənib. Qeydiyyat olmadan əcnəbilər çalışdırıldıqda ciddi cərimələr nəzərdə tutulur”.
Ekspert hesab edir ki, 5-6 min əcnəbi işçi Azərbaycanın əmək bazarında işsizliyə ciddi təsir göstərmir:
“5-6 min nəfərin 20-30 faizi yüksək ixtisas sahibi olanlardır. Bir hissəsi isə fəhlə və fiziki işlə məşğul olan şəxslərdir. Xüsusilə ali təhsil müəssisələrində əcnəbilərin çalışması müsbət nüans ola bilər. Düşünürəm ki, 15-20 faiz professor-müəllim heyətinin əcnəbilərdən ibarət olması universitetlər üçün beynəlxalq reytinqlərdə faydalı olar. Digər şirkətlərdə əcnəbilərin çalışması isə iş bacarığının inkişafı, korporativ mədəniyyətin formalaşmasına müsbət fayda verir. Bizim qonşu ölkələrdə, xüsusilə Türkiyədə yaşanan miqrant problemimiz yaşanmır. Çünki əcnəbilərin qeydiyyat prosesi şəffafdır. İkincisi, onların işə düzəlməsi tamamilə qanunidir. Ona görə də yerli işçilərin əcnəbilərə görə işsiz qalması halları çox azdır. Azərbaycan üçün miqrant təhdidi gözlənilmir. Sayları əmək bazarına təsir edəcək dərəcədə çox deyil. Həmçinin, Azərbaycan əcnəbilər üçün çox cəlbedici bir ölkə deyil. Azərbaycan qanunvericiliyinin sərtliyi qanunsuz miqrantların ölkədə yaşamasına çox da imkan vermir. Dolayısıyla şirkətlərin qanunsuz əcnəbi çalışdırma faktları çox azdır”.

18-10-2022, 18:00 136

Digər xəbərlər

Zakir Fərəcov səyyar görüş keçirib - FOTOLAR

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı "Pilot Residence" yaşayış binasına baxış keçirib

Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

Sumqayıtda bərbərxana yandı

İKZF Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edir

Xızıda üstünə darvaza aşdı, Sumqayt xəstəxanasında öldü

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 17:25
Dünən, 17:05
Dünən, 15:50
Dünən, 15:36
Dünən, 13:38
Dünən, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
1 2 3 4 5 6 7 8 9 10 ... 964