Azərbaycanda ilk dəfə Xerion-5000 təqdim edilib



Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən Şəki şəhərində təşkil edilən kənd təsərrüfatı texnikalarının satış yarmarkasında Almaniyanın Claas konserninin Azərbaycanda rəsmi biznes tərəfdaşı 4S LLC tərəfindən Xerion-5000 modeli təqdim edildi.

Xerion 5000 modeli gücün və intellektin ən uğurlu sintezini təşkil edir. O sadəcə güclü deyil, həmdə yüksək manevr qabiliyyətinə malikdir. Buda onu istənilən işin öhdəsindən asan şəkildə gəlməsinə şərait yaradır. Müxtəlif aqreqatları asan şəkildə Xerion-5000 modeli ilə idarə etmək mümkündür. 
4S LLC-nin baş direktoru Elxan Ələkvərov Xerion-5000 modellərinin yaranması tarixinə toxunaraq qeyd edir ki, bu güclü maşın 20 illik böyük araşdırmalardan sonra yalnız 1997-ci ildə təqdim edilib və 25 ildir aqrar sektorda ən çox tələb duyulan və etimadı doğruldan texnika hesab edilir.
Elxan Ələkbərov iqtisadçı kimi hesab edir ki, son illər dünya aqrar sahəsində baş verən proseslər məhsuldarlığın artırılması ilə yanaşı, onun istehsal xərclərinin azaldılmasını vacib edir və buna görə də 4S azərbaycanlı fermerlərə Xerion-5000 modelini təqdim edir.
1997-ci ildən daim təkminləşdirilən Xerion-5000 modelləri hal-hazırda dünya fermerləri arasında ən populyar maşın olaraq qalmaqdadır.
Xerion təkcə əkin sahəsində deyil, ümumilikdə kənd yerində fermerlərin müxtəlif işlərini asan şəkildə həyata keçirilməsində yardımçı ola bilər. Praktik olaraq bu gün Xerion-5000 modeli, torpağın şumlanması, gübrələnməsi ilə yanaşı, yol infrastrukturunun qurulmasında, meşə təsərrüfatında geniş istifadə edilir. 
Xerion-un hal-hazırda gücü 530 at gücü təşkil etməkdədir. Eyni zamanda Xerion-5000 modeli CEBİS sistemi və s. innovativ texnologiyalarla təchiz edilib ki, buda mexanizatorun işini maksimum asan və komfortlu edir.
Ancaq aqrar sahə ilə yanaşı Xerion sənayedə də geniş istifadə edilə bilər. Xüsusən mədən sənayesində bir çox işlərin öhdəsindən asan şəkildə gələ bilər. Elxan Ələkbərov qeyd edir ki, Laçın hava limanında Xerion modelindən uçuş-enmə zolaqlarının qarda təmizlənməsi üçün istifadə edilə bilər. Eyni zamanda bu texnika Kəlbəcərdə effektiv şəkildə tətbiq edilə bilər. 
Şəkidə keçirilən satış yarmarkasında Xerion-5000 diskli hamarlayıcı Lemken Rubin 10 modeli ilə tandemi fermerlərə nümayiş olundu.
Rubin 10-un diskli mala hətta çətin şəraitlərdə orqanik kütlənin və torpağın təxminən 12 sm-dək işləmə dərinliyinədək intensiv və həmcins qarışdırılmasını təmin edir və bununla buxarlanma səbəbindən nəm iktisini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.  
Güclü Xerion-5000 ilə sizdə yaxından tanış olmaq istəyirsinizsə, o zaman 24 oktyabr Ağcabədi və 26 oktyabr tarixlərində Şəmkir rayonlarında keçirilən kənd təsərrüfatı texnikalarının satış yarmarkalarını ziyarət etməyə dəvət edirik. Ağcabədi və Şəmkirdə Xerion-5000 ilə yanaşı Xerion-4000 modeli də təqdim ediləcək.
Xerion-5000 traktorlarını fermerlər 20 faiz ilkin ödəniş, 40 faiz dövlət subsidiyası və 40% faizsiz lizinq şərtləri ilə əldə edə bilərlər.
Ümumiyyətlə 4S LLC Azərbaycan fermerlərinə dünya aqrar sektorunun ən innovativ Claas, Lemken, Amazone, Moro Aratri və sairə texnikalarını təklif edir. Fermerlər həftənin 5 günü səhər saat 10.00-dan -17.00 qədər 4S satış ofisini ziyarət edə və mütəxəssislərdən öz tələbləri üçün təklif edilən texnikalar barədə ətraflı məlumat ala bilərlər. 4S fermerlərə uzun müddətli və səmərəli fəaliyyət göstərən məhsullar təklif edir. 



21-10-2022, 14:30 163

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 13:50
Dünən, 11:03
Dünən, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972