Ucarda yeni beton kanal çəkilir



Ucar rayonunda yeni beton kanal çəkilir.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov sumqayit.tv-yə bildirib ki, Ucar Suvarma Sistemləri idarəsi rayonun 28935 hektar suvarılan torpaq sahələrinə xidmət edir. Bundan 24835 hektarı öz axımı ilə 4100 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsi ilə suvarılır.
Əsas su mənbələri Yuxarı Şirvan kanalı, Türyançay çayı və Göyçay çaylarıdır. Rayonun suvarılan sahələrini suvarma suyu ilə təmin etmək üçün idarənin balansında ümumi uzunluğu 1600 km suvarma kanalları və 1498 km kollektor-dren şəbəkəsi mövcuddur. Bununda 40 km-dən artığı magistral, 123 km-ə yaxını təsərrüfatlararası 1437 km-i isə təsərrüfatdaxili suvarma kanallarıdır. Kollektor-dren şəbəkələrinin 662 km-i qapalı, 836 km-i isə açıq dren şəbəkəsidir. İdarə tərəfindən suvarma kanallarının lildən təmizlənməsi başlıca duran vəzifələrdən biridir. Belə ki, 2022-ci ilin əvvəlindən etibarən vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi ilə əlaqədar suvarma arxlarında 570 km məsafədə lildən təmizləmə işləri həyata keçirilib.
İdarənin balansında 13 ədəd nasos stansiyası mövcudur ki, onlardanda biri iki aqreqatlı elektrik nasos stansiyasıdır.
Hazırda nasos stansiyaların hər biri işlək vəziyyətdədir. Cari ildə su itkilərinin qarşısını almaq üçün Ucar Suvarma sistemləri İdarəsi tərəfindən beton üzlüklü kanalın çəkilməsinə başlanılıb. Kanal xidməti ərazisində olan 1500 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edəcək.
Bu il Ucar rayonunda 14427 ha taxıl, 1443 ha təzə yonca, 6690 ha köhnə yonca, 305 ha dənlik qarğıdalı, 335 ha təkrar silos qarğıdalı, 108 ha çoxillik tut-gər bağı, 300 ha meşə, 678 ha çəltik, 1400 ha bostan-tərəvəz və 3284 ha həyətyanı sahə suvarma suyu ilə təmin edilib.
Ucarda yeni beton kanal çəkilir - FOTOLARUcarda yeni beton kanal çəkilir - FOTOLAR







4-11-2022, 15:30 361

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041