Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb.Bu barədə o, özünün sosial şəbəkə hesabında bildirib.
E.Kələntərov bundan sonra fəaliyyətini “For Azerbaijan” Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.