2023-2025-ci illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Təhlükəsiz şəhər” xidmətinin təşkil edilməsi nəzərdə tutulur.Bu, Prezident
İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, yeni xidməti Daxili İşlər Nazirliyi göstərəcək. Xidmətin təşkilinə dair təkliflər hazırlanması, müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.