"AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb". Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Rəsmi məlumata əsasən ki, qeyd edilən fakt təsdiq olunmayıb.
Xatırladaq ki, sosial şəbəkədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işinin başlanılması barədə məlumatlar yayılmışdı. Noyabrın 19-da Aslan Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi bununla əlaqələndirilirdi.