FHN-in Gəncə Regional Mərkəzinin qarşısında insanlar iş elanına görə bir-birilərini əzirlər
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Nəticədə FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Vətəndaşlar sıra ilə mərkəzə daxil olmaq yerinə, bir-birilərini itələyib güc yolu ilə idarəyə girməyə çalışıblar. Yayılan görüntülər isə fərqli yanaşmalara və müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik: