Naxçıvan Gömrük Baş İdarəsinə bu şəxsə tapşırıldı

                     


Məlum olduğu kimiŞ Naxçıvan Gömrük Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.
Vüqar Əliyev kimdir? Sumqayit.tv xəbər verir ki, O, 24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbdən məzun olub. 2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirib.
30 dekabr 2002-ci ildə Bakı Dövlət Universitetində "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əyani aspiranturaya daxil olub, 2005-ci ildə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 fevral 2006-cı il tarixli qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilib.
2007-2011-ci illərdə isə V.Əliyev Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlayıb, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib.
2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib.
2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb.
Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Komitə rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülüb, Fəxri fərmanlarla təltif edilib. Eyni zamanda Komitə sədrinin müvafiq əmrlərinə əsasən 2016-cı ildə "Gömrük Xidməti Əlaçısı", 2019-cu ildə "Gömrük orqanlarında xidmətə görə" III dərəcə, 2020-ci ildə isə "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanları ilə təltif edilib.
Ümumdünya Gömrük Təşkilatının Baş katibi tərəfındən sertifikata layiq görülüb.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul 2016-cı il tarixli qərarı ilə dosent elmi adı verilib.
1 monoqrafiyanın, 2 kitabın, 2 tədris proqramının və 35-dən artıq elmi məqalənin müəllifidir.
Evlidir, iki övladı var.

29-11-2022, 14:31 410

Digər xəbərlər

Zakir Fərəcov səyyar görüş keçirib - FOTOLAR

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı "Pilot Residence" yaşayış binasına baxış keçirib

Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

Sumqayıtda bərbərxana yandı

İKZF Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edir

Xızıda üstünə darvaza aşdı, Sumqayt xəstəxanasında öldü

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 17:25
Dünən, 17:05
Dünən, 15:50
Dünən, 15:36
Dünən, 13:38
Dünən, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
1 2 3 4 5 6 7 8 9 10 ... 964