Nazirlikdən “Aztelekom”un baş direktorunun işdən çıxarılmasına dair xəbər...- VİDEO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Aztelekom” MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbərini təkzib edib. Nazirlikdən bildirilib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. “K.Müller hazırda şirkətin rəhbəri kimi fəaliyyətini davam etdirir”, - deyə qurum bəyan edib.