“Twitter” xidməti istifadəçi bazasını təmizləməyi planlaşdırır.
Sumqayit.tv xarici KİV-lərə istinadən bildirir ki, bunu sosial şəbəkənin sahibi İlon Mask bildirib. Maskın sözlərinə görə, 1,5 milyard “Twitter” hesabı tezliklə silinəcək.
Mask hesabların silinməsi üçün iki meyar qeyd edib. İlk növbədə, tvitlərin olmadığı hesablar və sahibinin “illərdir” profilinə daxil olmadığı səhifələr silinəcək.
Mask silinmənin nə vaxt başlayacağını da dəqiq deməyib.