Masallıda başçının birinci müavin getdi, bəs qanunsuz obyekt nə olacaq?


İki aydır ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Araz Əhmədov artıq kadr islahatlarına start verib.

Adı bir çox qanunsuz əməllərdə hallanan icra başmısının birinci müavini Məmmədhüseyn Hüseynov ötən həftə işdən azad edilib.

Məmmədhüseyn Hüseynov sabiq icra başçısı Şahin Məmmədovun sağ əli kimi tanınırdı. Onun əsas işi sahibkarlardan icra başçısı adına külli miqdarda rüşvət alaraq rayonda qanunsuz tikililərə icazə vermək olub.
Belə qalmaqallı tikililərdən ən məşhuru icra hakimiyyətinin beş adımınlığında yerləşən, hazırda tikintisi davam edən obyektdir. Sahibkar Azər İsmayılova məxsus 500 kv.m-lik həmin obyekt böyük yaşıllıq sahə, ağaclar məhv edilərək tikilib.

Məmmədhüseyn Hüseynovun işdən azad olmasının əsas səbəblərindən biri də həmin obyektdir. Məlumata görə yeni icra başçısı hazırda obyektin sökülməsinə maraqlıdır.

Əslində bu obyektin tikintisinin də maraqlı bir tarixçəsi var.

Şahin Məmmədovdan öncə rayona rəhbərlik edən Rafil Hüseynov (hazırda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısıdır) iş adamı Azər İsmayılova rayonun Heydər Əliyev prospektində 60 min manata torpaq sahəsi satmışdı. Qanuni sahibi başqası olan həmin torpaq sahəsini Rafil Hüseynov qanunları tapdalayaraq iş adamına vermişdi. Daha doğrusu onu aldadaraq pulunu mənimsəmişdi. Elə bu zaman Rafil Hüseynov Ağcabədiyə, Şahin Məmmədov isə Ağcabədidən Masallıya icra başçısı transferi edilir. Həmin torpaq sahəsinin qanuni sahibinin oğlu isə Vətən müharibəsi dönəmində müharibədə iştirak edərək, qazi olur. Qazi atasından torpaq ala bilməyəcəyini görən iş adamı Azər İsmayılov Rafil Hüseynovun yaxasından yapışır. Vəziyyətin pisləşdiyini görən Rafil Hüseynov qohumu, həmyerlisi Şahin Məmmədova Azər İsmayılov üçün güzəştə getməsini xahiş edir. “Ara xəlvət, tülkü bəy” prinsipləri ilə yaşayan Azər İsmayılov şəhərin mərkəzində yaşıllıqları məhv edərək, sözügedən obyekti tikir.

İndi rayonda hər kəsi maraqlandıran bir sual var. İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən uzaqlaşdırıldı, onun himayədarlığı ilə tikilən obyekt də söküləcəkmi?!

Aygün

18-09-2022, 18:02 261

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041