Aran bölgəsində milli-mənəvi dəyərlərin ailə institutunda roluna dair layihəyə start verilib



“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Milli-mənəvi dəyərlər gənclərin monolit ailə institutunun əsasıdır” adlı araşdırma, maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.
ADTGT İctimai əlaqələr və informasiya departamentindən Sumqayittv-yə verilən məlumata əsasən, 3 ay müddətində (20 dekabr 2022-ci il – 20 mart 2023-cü il) Şirvan şəhəri, Biləsuvar, Salyan və Neftçala rayonlarında həyata keçiriləcək layihə erkən nikahlar və qohumlar arasında nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə və ümumilikdə monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlərin və ailə ənənələrinin aşılanmasını nəzərdə tutur. 
Layihə adıçəkilən bu bölgələrdə erkən nikahlar və qohumlar arasında nikahlarla daha effektiv və kreativ mübarizə üçün yerli icra hakimiyyəti, ailə, qadın və uşaq problemləri ilə məşğul, səhiyyə, təhsil, gənclər və idman, KİV, QHT, din, ağsaqqal institutları tərəfindən səmərəli və birgə əməkdaşlığını və bu təşkilat nümayəndələrinin bu sahədə bilik, bacarıq və potensialının yüksəldilməsini əsas hədəfləyir. 
Layihə çərçivəsində 4 regionda mövzuya dair sorğu və araşdırmanın aparılması, obyektiv hesabatın hazırlanması, yerli məsul şəxslər üçün “capacity building” təlimlərinin keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və geniş arealda maarifləndirici, təbliğati, PR və sosial media fəaliyyətləri təşkil olunacaqdır.
Layihə davamlılıq, gələcək nəticəyönümlü və requlyar addımlar üçün erkən nikahlar və qohumlar arasında nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün milli-mənəvi dəyərlər, monolit ailə institutu ənənələri və sağlam milli genefondun təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur.

21-12-2022, 16:30 139

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041