Xaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə onlayn görüş keçirilib


Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ilində Macarıstan, Çin və Rumıniyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib.
 
Sumqayit.tv xəbər veri ki, Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, 2021-2022-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində baş tutub. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan Firudin Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
 
Nazir müavini sonda hər bir tələbəni təbrik edib və onlara təhsil alacaqları ölkələrdə Azərbaycanın mədəniyyəti, tarixi və incəsənətinin təbliği, vətənpərvərlik məsələsinin daim diqqətdə saxlanılması ilə bağlı tövsiyələrini çatdırıb.
 
Görüşün sonunda tələbələr öz fikirlərini bölüşüb, onları maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə Macarıstanda 148, Çində 21 və Rumıniyada isə 3 nəfər təhsil almaq hüququ qazanıb. Macarıstan, Çin və Rumıniya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.
 
HTP çərçivəsində Çində təqaüdlü təhsil almaq hüququ qazanmış tələbələr arasında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş mayor Ruslan Cəfərovun oğlu Raul Cəfərli də yer alıb. Raul Cəfərli təhsilini Çinin “Beijing Institute of Technology” ali təhsil müəssisəsində informasiya texnologiyaları ixtisası üzrə bakalavriat səviyyəsində alacaq.

30-08-2021, 11:23 183

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041