İnklüziv təhsil üzrə təlimlərin icrasına başlanılıb


Təhsil Nazirliyi, Təhsil İnstitutu və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi üzrə təlimlərin icrasına başlayıb.
 
Sumqayit.tv xəbər verir ki, ilk təlimlər 23-25 avqust 2021-ci il tarixlərində inklüziv təhsil tətbiq olunacaq şəhər və bölgələrin psixoloji-tibbi-pedaqoji komissiyalarına keçirilib. 37 nəfər komissiya üzvünün iştirak etdiyi 3 günlük təlimlərdə inklüziv təhsil, əlillik, əlilliyi olan uşaqların funksionallığına dair Beynəlxalq Təsnifat, o cümlədən inklüziv siniflərdə təlim-tədris prosesinin təşkili qaydaları müzakirə edilib.
 
Təlimlər zamanı iştirakçılara layihə haqqında məlumat verilib və layihəyə cəlb olunacaq mütəxəssislərin vəzifələri, layihədə rolu, həmçinin əlilliyi olan uşaqların valideynləri ilə iş kimi mövzular əhatə edilib.
 
Bundan əlavə, “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda keçirilmiş 36 akademik saatlıq təlimdə ümumilikdə 63 nəfər məktəb heyəti iştirak edib. 26-31 avqust 2021-ci il tarixlərində keçirilmiş 6 günlük təlimlərdə inklüzivlik və inklüziv təhsilin əsasları, əlillik və əlilliyə tibbi və sosial yanaşma, uşaqyönlü pedaqogika, universal öyrənmə dizaynı, inklüziv dərslərin planlaması kimi mövzular müzakirə olunub.
 
Çoxsaylı interaktiv oyunların keçirildiyi bu təlimlərdə, həmçinin əsas sinif strategiyaları, diferensiallaşdırma və inklüziv siniflərdə qiymətləndirmə mövzuları da əhatə edilib və inklüziv təhsilin həyata keçirilməsində müəllim, valideyn, icma və digər tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətinin olduqca vacib olduğu vurğulanıb.













3-09-2021, 10:57 223

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041