Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt TV-nin məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. “Ford Fusion” markalı minik avtomobilinin sürücüsü avtomobili sürətlə idarə edərək ərazidə olan bir neçə avtomobilə çırpıb. Qəza zamanı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Əliyev Coşqun Lətif oğlu kəllə-beyin travması alaraq Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.