Şəhid mədəniyyət işçisinin adına abidə bulağın açılışı olub


Sentyabrın 1-də paytaxtın Binəqədi rayonunda Vətən müharibəsinin şəhid mədəniyyət işçisi Zamin Vahid oğlu Rəhimovun adına xatirə abidə bulaq kompleksinin açılışı keçirildi.
Sumqayit.tv xəbər verir ki, Mərasimdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəbrayıl rayonu Mahmudlu kənd Uşaq musiqi məktəbinin kollektivi, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev mərasimi açaraq qeyd etdi ki, Zamin Rəhimov kimi igid oğullarımızın göstərdiyi qəhrəmanlıqlar gələcək nəsillər üçün nümunə olmalıdır: “Vətənin çağırışına səs verən igid oğullarımızdan biri də Zamin idi. O, Vətən uğrunda döyüşlərdə ali mərtəbəyə – şəhidliyə ucaldı. Zaminin valideynləri başlarını hər zaman dik tutsunlar. Çünki şəhid valideyni olmaq böyük bir şərəfdir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, ölkəmiz tarixinin ən şanlı günlərini yaşayır: “Bu gün sevinirik ki, torpaqlarımız işğaldan azad olunub. Avqustun 23-də biz hər il Cəbrayıl rayonunun işğal günü kimi qeyd edirdik. Artıq bu gün yoxdur, 4 oktyabr var. Biz hər il 4 oktyabrı Cəbrayıl rayonunun azad olunması günü kimi qeyd edəcəyik. Vətən müharibəsində bir daha sübut etdik ki, bizim xalq böyük və cəsarətli, qələbəyə layiq xalqdır. Bu Qələbəni Prezident İlham Əliyevin diplomatik və hərbi müstəvidə həyata keçirdiyi siyasət, gənclərimizin qəhrəmanlığı və xalqımızın birliyi təmin etdi. Bu gün dövlət səviyyəsində şəhid ailələrinə və qazilərə yüksək diqqət-qayğı var. Şəhid ailələri bilsinlər ki, biz hər zaman onların yanındayıq”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov vurğuladı ki, Cəbrayıl rayonu işğal olunan zaman Zaminin beş yaşı var idi: “Bu gün şəhid olan igidlərimizin bir çoxu uşaq yaşlarında doğma yurdlarından didərgin düşən gənclərdir. Məhz onların qəhrəmanlıqları sayəsində bizlər Qarabağımıza qovuşduq. Allah Zaminə və bütün şəhidlərimizə rəhmət eləsin”.
Cəbrayıl rayonu Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Xankişi Səfquliyev Zamin Rəhimov haqqında xatirələrindən danışdı. Məktəbin şagirdləri Cavidan Qənbərov, Almaz Rəşidli və Yağmur Rəhimlinin ifasında şeir parçaları səsləndirildi.
Daha sonra bulaq-abidənin üzərindəki örtük qaldırıldı, iştirakçılar bulaqdan su içdilər.
Sonda şəhidin atası Vahid Rəhimov çıxış edərək göstərilən diqqətə görə dövlət başçısına və mərasim iştirakçılarına minnətdarlığını bildirdi.
***
Qeyd edək ki, Zamin Rəhimov 1988-ci il aprelin 21-də Cəbrayıl rayonunun Məzrə kəndində dünyaya göz açıb. 1993-cü ildə Cəbrayıl yağı əlinə keçəndə ailəsi doğma yurd-yuvasından didərgin düşüb. O, 1995-ci ildə Biləsuvar rayonunda yerləşən 2 saylı məcburi köçkün qəsəbəsindəki məktəbin 1-ci sinfinə gedən Zamin daha sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayon Sirik kənd tam orta məktəbində davam etdirib. Orta məktəbi bitirəndən sonra 2006-cı ildə hərbi xidmətə gedib.
Kiçik yaşlarından musiqiyə həvəs göstərən Zamin hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa Musiqi Texnikumunda qarmon ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Bakı şəhərində müvəqqəti yerləşən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlayıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Zamin Rəhimov da cəbhəyə yollanır. Ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilir. Zamin oktyabrın 8-də Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olur.
Binəqədi rayonunun Biləcəri qəsəbə qəbiristanlığında dəfn edilən Zamin Rəhimov dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

3-09-2021, 11:04 256

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964